Avqustun 31-də Tovuzun Yuxarı Öysüzlü kənd sakini, Qarabağ qazisi Yusifov Elşən Ələddin oğlunun intihar etməsi ilə bağlı sosial şəbəkələrdə video paylaşılmışdı. Bildirilirdi ki, daha bir qazimiz canına qəsd edib və bezərək intihara əl atıb. Bu da cəmiyyətdə, sosial mediada etirazlara səbəb olmuş, məmurların laqeydliyi qınanmışdı.
Lakin yayılan xəbərlərlə bağlı Reportyor.info-ya açıqlama verən qazinin bacısı Baxşəliyeva Zülfiyyə Ələddin qızı bildirib ki, deyilənlər həqiqətdən uzaqdır. Onun sözlərinə görə, müharibədən sonra qardaşının psixoloji vəziyyəti yaxşı olmayıb: “Qardaşım Elşən mütəmadi müalicə almağına baxmayaraq, vəziyyəti düzəlməyib. Psixoloji gərginlik, şiddətli baş ağrıları onu hər gün müşayiət edir. Ona görə hadisə baş verən gün Elşənin ağrıları xüsusilə artmışdı. Sadəcə. həkimlər tərəfindən ona yazılmış, adını dəqiq bilmədiyim dərmanın 4/1 hissəsini içməli olduğu halda, bilmədən 11 ədədini içib. Bütün problemlər də bundan yaranıb.