01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Tovuz rayonunun inzibati rayon kimi yaradılmasından 92 il ötür

08 Avqust 2022, 14:05
Cəmiyyət
A A
Tovuz rayonunun inzibati rayon kimi yaradılmasından 92 il ötür

Tovuz rayonu: 92 il tərəqqi və inkişaf yolunda

“Reportyor.info” xəbər verir ki,bu gün Tovuz rayonunun inzibati rayon kimi yaradılmasından 92 il ötür. Tovuz artıq müasir, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl rayondur.

Tovuzun qədim tarixi var, lakin inzibati rayon kimi Azərbaycan SSR Mərkəzi icraiyyə komitəsinin 8 avqust 1930-cu il tarixli Qərarı ilə yaradılmışdır.
Çox şərəfli keçmişə malik və babaların hünərinə şahidlik etmiş Tovuz əzəli yurd yerlərimizdəndir. Yaşı 8 min ildən çox olan Göytəpə arxeoloji abidəmiz tariximizin ululuğundan xəbər verir. Beynəlxalq səviyyədə elmi cəhətdən təsdiq olunmuşdur ki, Tovuzdakı bu protoşəhər Qafqazda ən qədim nümunədir.
Tovuz heç vaxt əsarət altına düşməyib, istilaya məruz qalmayıb. İndiki tovuzluların nəsilləri bu torpağın şərəfli qəhrəmanlıq tarixini həmişə yaşadıb, uca tutmuşlar. Burada gənclərin, yeni nəslin vətənpərvərlik tərbiyəsinə həmişə həssaslıqla yanaşılmışdır. 2020-ci ilin iyul ayının 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törədilən təxribatın qarşısının alınmasında qüdrətli Ordumuzla möhtəşəm birlik nümayiş etdirən tovuzlular bu dəfə də tarixin sınağından alnı açıq-üzü ağ çıxdı və öz ünvanına bir zəfər tarixi yazdı. Vətən müharibəsinə aparan yol Tovuzdan başlayıb, burada düşmənə layiqli cavab verilib, hadisələr zamanı rayon əhalisi böyük həmrəylik və vətəndaş məsuliyyəti nümayiş etdirib. Bunun ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən səsləndirilməsinin rayonda vətənpərvərlik coşqusunun daha da güclənməsinə, insanların daim səfərbərlik ruhunda saxlanmasına səbəb oldu. Bununlada Vətən müharibəsində iştirak edən tovuzlular çox şərəfli döyüş yolu keçdilər.
Ötən 92 ildə Tovuz rayonu çox sürətli inkişaf yolu keçmişdir. Rayonumuzun sosial-iqtisadi inkişafının zirvəsi məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə və müstəqillik illərinə təsadüf edir.
Ulu öndər Heydər Əliyev dəfələrlə Tovuz rayonunda olmuş, rayonun hərtərəfli inkişafına çox dəyərli töhfələr vermiş, zəhmətkeş insanlara xüsusi qayğı ilə yanaşmışdır. Onun Tovuzlular haqqında dediyi məşhur “Tovuzun gözəl təbiəti, qiymətli sərvəti var, onun ən qiymətli sərvəti əməksevər insanlarıdır” kəlamı bu gün də bizim üçün qürur mənbəyidir.
Son illərdə Tovuz rayonuna 8 dəfə səfər edən cənab Prezident İlham Əliyev rayonun sosial-iqtisadi inkişafı ilə bağlı 28 Sərəncam imzalamış, bir çox təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Tovuzlular cənab Prezidentin, həmçinin Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın qayğısını həmişə hiss etmişlər və böyük minnətdarlıq hissi ilə bunu yüksək dəyərləndirirlər.
Bu gün Tovuz rayonu günü-gündən gözəlləşir, tərəqqiyə qovuşur. Rayonda ardıcıl olaraq yeni-yeni layihələr icra olunur. Geniş miqyaslı tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir. Əhalinin güzaranı durmadan yaxşılaşır.
Tovuzlular cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun Azərbaycanı xoşbəxt gələcəyə aparan yeganə yol kimi görürlər və həmişə bu siyasətə sadiqdirlər.
Bütün tovuzluları Tovuzun inzibati rayon kimi yaradılmasının 92 illiyi münasibətilə ürəkdən təbrik edir, hər kəsə yeni-yeni uğurlar və xoşbəxtlik arzulayırıq.

Əvvəlki yazı

Səfər Mehdiyev polisi təhqir etdi – Video

Sonrakı yazı

Heydər məscidinə giriş pulludur – Foto

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.