Razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə Tofiq Yaqublu saxlanılıb.
Bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, hazırda müvafiq araşdırma aparılır. “Araşdırma başa çatan kimi sərbəst buraxılacaqdır”, – o əlavə edib.