13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“SOCAR Polymer”in Polipropilen Zavodu ixraca başlayır

05 Oktyabr 2018, 12:31
Cəmiyyət
A A
“SOCAR Polymer”in Polipropilen Zavodu ixraca başlayır

Bu gün “SOCAR Polymer” MMC-nin Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki Polipropilen Zavodunun məhsullarının ölkədən ixracına başlanılır.

“Report” xəbər verir ki, bunu “SOCAR Polymer”in baş direktoru Fərid Cəfərov bildirib.

O qeyd edib ki, ilkin olaraq 170 ton məhsulun Türkiyə bazarına ixracı nəzərdə tutulub. Zavodun ixrac həcminin ilin sonuna qədər 15 min tona çatdırılması planlaşdırılır.

F.Cəfərovun sözlərinə görə, indiyə qədər zavodda 6 min tona yaxın polipropilen istehsal edilib. O, “SOCAR Polymer” layihəsinin uğurla həyata keçirilməsində dövlətin və ilk məhsulun uğurla ixracında “SOCAR Trading” şirkətinin rolunu qeyd edib: “Bu layihənin uğurla həyata keçirilməsi, ilk növbədə, dövlətin dəstəyi ilə oldu. Dövlətin vergi güzəştləri, infrastruktur dəstəyi sayəsində layihənin icrasında 200 mln. manata qənaət etməyə imkan yaranıb. Bu gün həyata keçirilən ilkin satışı da nəzərə alaraq SOCAR-ın ticari dəstəyini xüsusi vurğulamaq lazımdır. Bildiyiniz kimi, SOCAR-ın ticarət şirkəti “SOCAR Trading” yarandığı gündən indiyədək Azərbaycan neftinin digər markalı neftlərə, o cümlədən “Brent” neftinə nisbətən qiymətini artıraraq ölkə büdcəsinə, təqribən, 1,5 mlrd. ABŞ dolları əlavə gəlir gətirib. Biz də “SOCAR Polymer” olaraq böyük mərkəzləşmiş treydinq sisteminin parçası olmağın əhəmiyyətini görürük. Məlum olduğu kimi, yeni istehsalçılar, xüsusən də polimer istehsalçıları məhsullarını bazara çıxararkən bazar payı əldə etmək üçün ilkin olaraq məhsullarını 10-15% ucuz satmalıdırlar, lakin bizim məhsul ilk partiyadan başlayaraq orta bazar qiyməti ilə satılacaq və uzun müddətdə 100 mln.larla dollar əlavə gəlir gətirəcək”.

F. Cəfərov Türkiyə ilə yanaşı gələcəkdə məhsulların Rusiya, Avropa,Ukraynaya ixracının da nəzərdə tutulduğunu əlavə edib.

Xatırladaq ki, bu il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Polipropilen Zavodunun açılışı olub.

Polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa bu kimi sektorlarda genişçeşidli istehlak mallarının və komplektləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas ilkin materialdır.

“SOCAR Polymer”in Polipropilen Zavodunda bazar araşdırmasına əsasən, əsas 19 markada və 3 növdə (Homopolimer, Zərbəyə davamlı so-polimer, Statistiki so-polimer) polipropilen məhsulu istehsal olunacaq.

Polipropilen Zavodunun EPC (Mühəndislik, satınalma və tikinti) podratçısı İtaliyanın “Maire Tecnimont” şirkətidir. “SOCAR Polymer” şirkəti ilə “Tecnimont” şirkəti arasında Polipropilen Zavodu layihəsi üzrə Sabit Qiymətli EPC ilə bağlı Anlaşma Memorandumu 2015-ci il aprel ayında Bakıda imzalanıb. Müqavilənin ümumi dəyəri, təxminən, 350 mln. avrodur. Polipropilen Zavodu İtaliya şirkəti tərəfindən “Açar təslimi” əsasında inşa edilib.

Polipropilen istehsalı qurğusunun lisenziarı “Lyondell Basel” şirkətidir. Polipropilen istehsalında istifadə olunan texnologiya bu şirkətə məxsus “Spheripol” texnologiyasıdır.

Əvvəlki yazı

“Zaur Axundov elə adlar çəkib ki…” – şok detallar

Sonrakı yazı

Siyavuş Novruzov: “Bakıda Dağlıq Qarabağ adı altında keçirilən kütləvi aksiyalar çaşqınlıq yaratmağa xidmət edir”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.