Donetsk vilayətində düşmənin Pokrovsk şəhərini atəşə tutması nəticəsində 5 nəfər yaralanıb, dəmir yolu xətti və dəmiryol vağzalının binası zədələnib.
“Unikal” xəbər verir ki, bu barədə Pokrovsk meri Ruslan Trebuşkin sosial şəbəkədə məlumat yayıb. “Pokrovskın atəşə tutulması nəticəsində 5 nəfər yaralanıb, dəmir yolu relsi zədələnib… Mülki əhali arasında olan qurbanlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”, – şəhər rəhbəri yazıb.