“QHT Nəşriyyatı” MMC-ni 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası təsis edib. Elə həmin dövrdə dövlət büdcəsindən 1 milyon manat vəsait “QHT Nəşriyyatı”-na ayrıldı.
Bilməyənlərində nəzərinə çatdırım ki, “QHT Nəşriyyatı” yeni yaradılmamışdı, sadəcə mövcud olan nəşriyyatın adı dəyişdirilib. Belə ki, Azay Quliyevin ailə dostu Rafiq Hüseynova məxsus “Əbdüloğlu Nəşriyyatı”nın adı dəyişdirilərək “QHT Nəşriyyatı” olub.
Konkret.az bu barədə araşdırılma edərək “QHT Nəşriyyatı”nın əvvəllər yerləşdiyi məkanı tapıb. Qarşılanan mənzərə isə çox acınacaqlıdır. Düşünün dövləy büdcəsi hesabına qurulduğu deyilən nəşriyyatın avadanlıqları həyətə tullanılıb, açıq havada saxlanaraq məhv edilib, onların daxilindəki bütün detallar çıxarılıb. Sadəcə metal parçası halına salınaraq dövlət büdcəsinə külli miqdarda ziyan vurulub.
Bu Azay Quliyevin ilk əməlidirmi? Məgər dələduzlara qrant ayıran, insan alverində rolu olduğu üçün həbs edilən insanları yanında saxlayan Azay Quliyev deyilmi?
Anlaşılandır. Azay Quliyevin bu qədər maxinasiyasalar edərək mülklərə sahib olub. Bir adamın mülklərinə baxın. Bu qədər mülklərə necə sahib olmusan?
“1. “Montessori” uşaq bağçaları şəbəkəsi (biznes şərikləri – Məlahət İbrahimqızı və Umud Mirzəyev),
2. “Montessori” məktəbəqədər hazırlıq mərkəzlər,
3. Bakıda Çexiya çılçıraqlarının satışı mərkəzi,
4. “Pula-Pul” Məhdud Məsuliyyətli Cəmiyyəti,
5. Nəşriyyat,
6. “Montessori” dizayn və təşkilatçılıq şirkəti,
7. “Montessori” turizm şirkəti,
8. Babək prospektində avtomobil satış salonu və təmiri mərkəzi,
9. “Caspel” şirkəti,
10. İçəri şəhərdə yeni alınmış 12 otaqlı ev (otel üçün hazırlanır,)
11. Nərimanov metrosunun üzərində telefon satış mağazası,
12. Rəşid Behbudov küçəsində yaşayış binasının tikintisi,
13. “Ağ şəhər”də inşası yeni başlayan 6 mərtəbəli yaşayış binası,
14. Rəşid Behbudov küçəsində sahəsi 480 kv.m olan qeyri-yaşayış sahəsi,
15. Dillər Universitetinin qarşısındakı yaşayış binasında 200 kv.m olan mənzil,
16. “Azure” yaşayış kompleksində 240 kv.m olan mənzil,
17. “Azadlıq” prospektində Sipark MTK-nın binasında 3 mənzil,
18. Tibb Universitetinin arxasındakı binada 193 kv.m olan mənzil və qaraj,
19. Teymur Əliyev küçəsində villa,
20. Pirşağı, Mərdəkan və Dübəndidə 3 mərtəbəli bağ evləri,
21. Üzeyir Hacıbəyov küçəsində 55 kv.m qeyri-yaşayış sahəsi,
22. Köhnə “Gənclik” mehmanxanasının yanında 100 kv.m qeyri-yaşayış sahəsi (Lombarda icarəyə verilib),
23. Qəbələ və Qubada bağ evləri.”
“QHT Nəşriyyatı” ilə bağlı araşdırılmanı edən Konkret.az heyyətinə və saytın rəhbəri Fadil Pashayevə xüsusi təşəkkür edirəm. Sizlər dövlətini aldadan bu cür insanları ifşa edərək böyük iş görürsünüz. Ümid edək ki, müvafiq qurumlar bu məsələylə bağlı tədbir görərlər…