Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı yaranmış qarşıdurmada 50 nəfər xəsarət alıb.
Reportyor.info yazır ki, daha bir nəfər xüsusi təyinatlının isə həlak olduğu qeyd edilir. Almazbek Atambayev müraciətində deyib: “Mən sizə kədərlə müraciət edirəm.
Bugünkü iqtidar ölkə Konstitusiyasını pozaraq öz xalqına odlu silahlardan atəş açır. Bu, çox utandırıcı bir haldır. Atambayev və onun ətrafına toplaşanlar terrorçu deyil. İqtidara demək istəyirəm, dayanın və öz xalqınıza güllə atmayın.
Almazbek Atambayev müraciətində deyib: “Mən sizə kədərlə müraciət edirəm. Bugünkü iqtidar ölkə Konstitusiyasını pozaraq öz xalqına odlu silahlardan atəş açır. Bu, çox utandırıcı bir haldır. Atambayev və onun ətrafına toplaşanlar terrorçu deyil. İqtidara demək istəyirəm, dayanın və öz xalqınıza güllə atmayın.
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin iqamətgahında baş verən insidentdən sonra avqustun 8-də Qırğızıstanın Təhlükəsizlik Şurası iclas keçirəcək.
“Avqustun 8-də Prezident Sooronbay Jeenbekov Qırğızıstan Təhlükəsizlik Şurasının iclasını keçirəcək”, – bildirilib.
Almazbek Atambayev ölkəyə 2011-ci ildən 2017-ci ilədək rəhbərlik edib. O, Qırğızıstan tarixinə seçkilərdən sonra hakimiyyəti yeni seçilmiş dövlət başçısına könüllü təhvil verən yeganə prezident kimi düşüb.