02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Paşinyan üçün kritik gün

04 İyul 2018, 07:31
Siyasət
A A
Paşinyan üçün kritik gün

İrəvan Moskvanın başı üzərindən Qərbə əl uzadır; Ermənistanın yeni rəhbərliyi Rusiyanı NATO-ya dəyişə biləcəkmi, nankorluğa Kremlin cavabı nə olacaq? Politoloq: “Ermənilər 100 il öncəki kimi yenə özlərini şoseyə çıxmış məlum peşə sahibləri kimi aparırlar…”

Ermənistanın prezidenti Armen Sərkisyanın çoxgünlük Avropa və ABŞ səfəri başa çatıb. Məlumatlara görə, səfərdə əsas məqsədlərdən biri kasıb Ermənistana Qərb sərmayələrini və erməni lobbisinin paralarını cəlb eləmək olub. Lakin erməni qaynaqlarının yaydığı xəbərlərdən qənaət hasil olur ki, səfər bu xüsusda uğurlu olmayıb. Müharibə və blokada vəziyyətində olan, dünya okeanına çıxışdan məhrum, nəhayət, Rusiyanın vassalı sayılan bir ölkəyə ağlı başında olan hansı Qərb investoru sərmayə yatırar ki?

Qərbyönlü adam hesab olunan Sərkisyanın bir hədəfi də ABŞ prezidenti Donald Trampla görüşmək olub ki, buna da 4 günlük səfərdə nail ola bilməyib. Erməni prezidenti böyük səylərdən sonra yalnız dövlət katibi Mayk Pompeo qəbul edib. Amma o da İrəvana elə bir ümid verməyib. Qısası, Sərkisyan Amerikadan “əli ətəyindən uzun” qayıdıb.

Ermənistanın baş naziri, komandasını müstəsna olaraq, Amerikanın, Sorosun “uşaqları”ndan quran Nikol Paşinyan isə bir həftə sonra – iyulun 11-də Brüsseldə başlayacaq NATO sammitinə hazırlaşır. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə özünün hökumətdəki mənbələrə istinadən erməni nəşri “Jamanak” yazıb. “Ermənistanın yeni hökuməti hesab edir ki, hərbi alyansın sammitində iştirak ölkə üçün olduqca vacibdir, nədən ki, Ermənistan hakimiyyəti NATO-ya təhlükəsizlik sahəsində etibarlı müttəfiq kimi baxır” – qəzet yazıb.

Armenia ile ilgili görsel sonucu

Belə çıxır ki, Rusiya daha işğalçı ölkə üçün təhlükəsizliklə bağlı etibarlı müttəfiq sayılmır. Bu, gerçəkdə də belədir. Hakimiyyət dəyişikliyindən sonra erməni ictimai rəyində, xüsusən də işğalçı ölkənin ekspert çevrələrində açıq şəkildə Rusiya əleyhinə mövqe güclənməyə başlayıb və davam edir. İşğalçı ölkədə “öz müttəfiqlik öhdəliklərinə sadiq qalmayan” Rusiyanın təsir dairəsindən uzaqlaşmaq çağırışları xeyli artıb. Hərçənd Nikol Paşinyan baş nazir olar-olmaz Soçiyə qaçaraq V.Putinə sədaqət andı içdi, Ermənistanın KTMT və Avrasiya Birliyində qalacağına, xarici siyasət kursunda Qərb deyil, Rusiya vektorunun üstün olacağına Putini əmin eləməyə çalışdı.

paşinyan ile ilgili görsel sonucu

Təbii ki, Moskva bunu nəzərə aldı, lakin əsas olan verilən vədlər deyil, atılan addımlardır. Paşinyan hökumətinin xarici siyasət kursu isə daha çox Ermənistanı Qərb üçün satışa çıxarmaq üzərində qurulub. Hər halda, kənardan belə görünür. Obrazlı ifadə eləsək, İrəvan Moskvanın başı üzərindən Qərbə əl uzadır. Moskva bunu da görməzlikdən gələ bilməz…

 

*****

Azərbaycan prezidenti İlham Əliyev ile ilgili görsel sonucu

“Jamanak” qəzeti NATO-nun 11-12 iyul sammitinə  Azərbaycan prezidenti İlham Əliyevin qatılmayacağını ehtimal edib. Bununla bağlı hələ ki rəsmi Bakının mövqeyi bəlli deyil. Əliyev toplantıya qatıla da bilər, qatılmaya da. Ancaq Azərbaycan prezidenti sammitdə iştirak etsə belə, bu, Moskvanın, konkret olaraq, Putinin erməni baş nazir Paşinyana münasibətini dəyişə bilməz. Çünki artıq adi gözlə də görünür ki, Ermənistanın yeni rəhbərliyi Rusiyanı Qərbə, NATO-ya dəyişməyin yolunu axtarır, ona kurs götürüb.

Bunu da Moskvada bilir və fərq edirlər. O üzdən Paşinyan-Sərkisyan cütlüyünün “iki stulda” oturmaq siyasətinin nə ilə bitəcəyi çox maraq doğurur. Bir şey dəqiqidir ki, 11 iyul Paşinyanın siyasi taleyində kritik gün ola bilər. Əlavə edək ki, mənzil-qərargahı Brüsselə yerləşən Avropa Birliyində də erməni baş naziri səbirsizliklə gözləyirlər. Hər halda, qurumun İrəvan təmsilçisinin bu günlərdə yaydığı açıqlamadan belə qənaət hasil olur.

*****

Eldar Namazov ile ilgili görsel sonucu

“İndiki Ermənistan hakimiyyəti çox ağlasığmaz, reallıqdan uzaq olan bir konsepsiya irəli sürür”. “Yeni Müsavat”ın məlumatına görə, bunu politoloq Eldar Namazov işğalçı ölkənin hazırkı rəhbərliyinin Qərbə reveranslarını axar.az-a şərh edərkən bildirib.

“Rusiya bunu görür. Ermənistanın yeni hakimiyyətinin yürütdüyü siyasətə əsasən, Rusiya Ermənistanın təhlükəsizliyini təmin etməli, ABŞ isə Ermənistanın iqtisadi inkişafına zəmin yaratmalıdır. Ermənistan öz iqtisadi inkişafını ABŞ-la bağlı görür və buna görə də ABŞ-ın Ermənistana güclü investisiyalar qoymasına çalışır. Təbii ki, belə yanaşma nə ABŞ-ı, nə də Rusiyanı qane edir. Nə qədər ki, Ermənistanda Rusiyanın hərbi bazaları var, nə qədər ki, Ermənistan Rusiya ilə hərbi blokdadır, ABŞ bu ölkəyə çox ehtiyatla yatırım qoyacaq. Eyni zamanda bu yanaşma Rusiyanı da qane edə bilməz. Çünki Rusiya başa düşür ki, pulu kim verirsə, sabah həmin ölkə də burada söz sahibi olacaq. Ona görə də əgər Ermənistan öz iqtisadiyyatını, gələcəyini ABŞ-la bağlamaq istəyirsə, Rusiya həmin ölkə ilə strateji müttəfiqlik münasibətlərinə son qoyacaq. Bu proses isə bu gün sürətlə davam edir”, – deyə Namazov qeyd edib.

Politoloq vurğulayıb ki, ümumiyyətlə, tarixən bizim regionda başqa geosiyasi oyunçuların arasında intriqalar salmaq, qonşu dövlətlərin, xalqların torpaqlarını xarici aktyorların hesabına zəbt etmək ermənilərin xislətindədir: “Onlar 100 il bundan əvvəl apardıqları siyasəti bu gün də davam etdirirlər. Hər zaman özlərini şoseyə çıxmış məlum peşə sahibləri kimi aparırlar. O vaxt da onlar özlərini böyük dövlətlərə təklif edirdilər, bu gün də. Amma son nəticədə həmişə bu yanaşma onların başında çatlayır. Hər zaman ermənilər əzilən tərəf olmağa məhkumdurlar. Bu dəfə də onların sonu belə olacaq”.

Politoloqun tarixi faktlara əsaslanan proqnozunu bölüşməmək mümkünsüzdür. Təəssüf ki, nə erməni xalqı, nə də onun liderləri yenə başlarına gələnlərdən nəticə çıxarmağa hazırlaşmırlar. Altını isə həm də bölgə və onun digər xalqları çəkir…

“Yeni Müsavat”ın analitik xidməti

Əvvəlki yazı

Beyləqanda “daşdan pul çıxarma” üsulu: Şükür Aslanovla Füzuli Quliyevin çinqıl əməliyyatı

Sonrakı yazı

Daha bir yüksək rütbəli məmur işdən çıxarıldı

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.