Belarus Prezidenti Aleksandr Lukaşenko yeni konstitusiyaya əsasən dövlətə rəhbərlik etməyəcəyini açıqlayıb.
“Reportyor.info” xəbər verir ki, bu barədə “Sputnik Belarus” məlumat yayıb.
“Özüm üçün heç bir konstitusiya hazırlamıram. Yeni konstitusiya ilə prezident olaraq sizinlə birlikdə çalışmayacağam. Buna görə sakitləşin, sakitcə dözün”,- deyə Lukaşenko bildirib.
Lukaşenko həmçinin qeyd edib ki, o, yeni konstitusiya adı altında saxtalaşdırma cəhdlərinə və saxta yeni seçkilərin keçirilməsinə icazə verməyəcək.