“Reportyor”un məlumatına görə, yarımfinalın cavab matçında “Liverpul” “Barselona”nı 4-0 hesabla məğlub edib. Meydan sahibləri bu qələbə ilə adını Çemoipnlar Liqasında finala yazdırmağı bacarıb. “Liverpul”u finala aparan qolları 7 və 79-cu dəqiqələrdə Origi, 54 və 56-cı dəqiqələrdə Veynaldum vurub.
Xatırldaq ki, “Nou Kamp”dakı ilk matçda “Barselona” 3 cavabsız qolla qalib gəlmişdi.
Qeyd edək ki, yarımfinalın digər cavab matçında bu gün “Ayaks” “Tottenhem”i qəbul edəcək.
Discussion about this post