08-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İrəvan 5 rayonu qaytarmağı 5 milyarda razılaşıb? – sensasion iddia

27 Sentyabr 2019, 11:29
Siyasət, Manşet
A A
İrəvan 5 rayonu qaytarmağı 5 milyarda razılaşıb? – sensasion iddia

Prezident Vladimir Putinin Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün Yerevana qısamüddətli səfəri ərəfəsində Rusiyadan Nikol Paşinyana yeni hücumlar dalğası başlayıb. Virtualaz.org xəbər verir ki, çoxsaylı Rusiya nəşrləri Paşinyanın barəsində tənqidi materiallar dərc edirlər.

Məsələn, “Nezavisimaya qazeta” erməni politoloq Suren İonesyanın və rusiyalı jurnalist Mixail Spasskinin imzası ilə dərc etdiyi baş məqalədə Paşinyanın “məxməri inqilab” adlanan siyasi fırıldaq yolu ilə hakimiyyətə gəldiyi bildirilir.

Məqalədə deyilir ki, bu inqilabdan il yarım sonra Ermənistan demokratik ölkəyə çevrilmədi, əksinə, qərb QHT-lərinin dediyi ilə oturub-duran avtoritar dövlət oldu. Və Ermənistan Birləşmiş Ştatların geosiyasi maraqlarının orbitində yer aldı.

Müəlliflər qeyd edirlər ki, əslində eks-prezident Serj Sərkisyan məqsədyönlü şəkildə 2010-2017-ci illərdə Ermənistanı qərb QHT-ləri, fondları, təriqətləri ilə doldurdu, o Ermənistanı tamamilə ABŞ-ın protektoratına verdi. “Məqsəd isə aydındır-erməni dövlətçiliyini ənənəvi xristian dəyərlərini devalvasiyaya məruz qoymaqla zəiflətmək, xalqın çoxəsrlik ailə və mənəvi dəyərlərini dağıtmaq”,-məqalədə deyilir.

Daha sonra Ermənistanın indiki hökumətinin tərkibində yer alan qərbyönümlülər haqda danışılır. Bildirilir ki, “inqilabi hökumət” Rusiyadakı erməni diasporunun nümayəndələrini hakimiyyət strukturlarına inteqrasiya etmək niyyətində deyil. Paşinyanın diaspor naziri Zare Sinanyan isə ABŞ vətəndaşıdır, uzun müddət bu ölkədə şəhər meri olub və Mərkəzi Kəşfiyyat İdarəsi ilə təmasları var.

Məqalədə Paşinyanın “Qarabağı satmaq” planları haqda da danışılır. Baxmayaraq ki, Paşinyan Qarabağ məsələsində bir-birinin ardınca avantürist bəyanatlar verib, “miatsum” şüarını gündəmə gətirib və ərazilərin qaytarılmasını istisna edən açıqlamalarla çıxış edib.

“Onun vəzifələrindən biri Dağlıq Qarabağda öz adamı Mais Mailyanı (qondarma “dqr”in “xarici işlər naziri”) hakimiyyətə gətirmək və beş rayonu Azərbaycana təhvil verməkdir. Bu, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun planıdır. 2019-cu ilin yayında Vaşinqtonda görüş zamanı Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan 5 rayonunun əvəzində 5 milyard dollar almağa razılıq verib”,-məqalədə iddia edilir.

Müəlliflər bildirirlər ki, ABŞ-ın Ermənistandakı əsas hədəflərindən biri də 102-ci Rusiya hərbi bazasıdır. Və ABŞ bununla bağlı məkrli plan hazırlayıb, həmin plana əsasən Ermənistan-Azərbaycan münaqişəsi yenidən alovlanmalıdır. “Döyüş əməliyyatları başlasa və Rusiya KTMT üzvü kimi müdaxilə etsə Ermənistan rəhbərliyi iddia edə bilər ki, Rusiyanın hərbi iştirakı arzuolunan deyil”,-məqalədə deyilir.

Qəzet əlavə edir ki, əgər Rusiya ABŞ-ın təşkil etdiyi münaqişəyə qarışsa amerikalılar yeni qaynar nöqtədən istifadə edəcəklər və bütün mümkün olanı edəcəklər ki, Rusiya ciddi şəkildə bu müharibəyə uzun müddətli cəlb olunsun.

“Ona görə də maksimum tədbirlər görmək lazımdır ki, Amerika şantajı işləməsin və Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar başlamasın”,-məqalədə deyilir.

Əvvəlki yazı

İTV-də Hadı Rəcəbliyə sual: Sizi niyə söyürlər? – Video

Sonrakı yazı

Hafiz Hacıyev deputata “moşennik” dedi

Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55
Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

Nazilədən xanımlara XƏBƏRDARLIQ: “Bu iynələri vurdurmayın”

07 Sentyabr 2025, 13:02
Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

Maşında sıxılı qalan qadın belə xilas edildi – Video

07 Sentyabr 2025, 12:59
İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

İnternetdən aldığı şampun həyatını kabusa çevirdi — FOTO

07 Sentyabr 2025, 12:57
Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlandı

07 Sentyabr 2025, 12:54
Özbək bloqer diri-diri məzara girdi – Video

Özbək bloqer diri-diri məzara girdi – Video

07 Sentyabr 2025, 12:53
Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

07 Sentyabr 2025, 12:51

Dünənki qəzada sərnişinləri belə xilas edibmiş (VİDEO)

07 Sentyabr 2025, 12:41
Sabah hava necə olacaq?

Leysan yağıb, duman olub

07 Sentyabr 2025, 12:37
Zelenski gecəki kütləvi hücumdan danışdı

Zelenski gecəki kütləvi hücumdan danışdı

07 Sentyabr 2025, 12:28
Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

05 Sentyabr 2025, 14:48
Prezident SƏRƏNCAM imzaladı

Prezident SƏRƏNCAM imzaladı

05 Sentyabr 2025, 14:46

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

05 Sentyabr 2025, 14:45

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.