Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deputat Rafael Cəbrayılovun mandatını girov qoymasına reaksiya verib.
O, redaktor.az-a danışıb ki, qanunsuz əməlləri olan deputatların mandatları əlindən alınmalıdır: “Elə götürək Rəfael Cəbrayılovu…Bu insan həbs edilməlidir. Heç onun adı siyahıda da olmayıb.
Bu gün o deputatlıq statutusundan istifadə edib, Azərbaycan xalqını aldatmaqla məşğuldur. O, eyni zamanda Azərbaycan parlamentinin deputatlıq mandatına da hörmətsizlik edir. Bu insanlar Azərbaycan xalqına baş qaxıncıdır”.
Hacıyev vurğulayıb ki, il yarım əvvəl R.Cəbrayılovun “moşennik” olduğunu göstərib: “Dəfələrlə bu məsələni gündəmə gətirdim. Rəfael Cəbrayılov hüquq Komitəsinin üzvü olsa da, ora yaraşmayan işlərlə məşğuldur. Onun arxasında kim durursa, deputat ona güvənib”.