Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Cəmiyyət

“Güclü ordumuz, müasir silah-sürsatımız olmalıdır”

2022-01-17
in Cəmiyyət
A A
0
“Güclü ordumuz, müasir silah-sürsatımız olmalıdır”
0
SHARES
7
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

 

44 günlük vətən müharibəsi sevinci və ağrı-acıları ilə arxada qaldı. Bu gün Müzəffər Ordumuzun işğalçı düşməndən təmizlədiyi Qarabağ torpağında və digər azad olunmuş rayonlarda bərpa-quruculuq işləri aparılır. İnfrastruktur layihələri həyata keçirilir. Magistral yollar, dəmir yolları çəkilir, körpülər, tunellər salınır, Hava Limanları, Su Elektrik Stansiyaları, binalar, məktəblər, tibb müəssisələri və sair həyat əhəmiyyətli obyektlər tikilib təhvil verilir. Bunların hər birinin təməlqoyma mərasimində, açılışında cənab Prezidentimiz İlham Əliyev şəxsən iştirak edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Göygöldən Kəlbəcərə uzunluğu 11kilometrdən çox olan tunel çəkilir. Çünki qışda bu yoldan istifadə etmək demək olar ki, çox çətindir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğunda ikinci tunel inşa edilir. Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gəlmək mümkün olacaqdır. Bərdə-Ağdam avtomobil yolu da inşa edilir. Naftalan Talış və Suqovuşanla birləşdirilir. Bu da həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaq. Füzuli-Şuşa yolu, Zəfər Yolu bir ilə çəkilibdir. İkinci yol – magistral yol çəkilir, Füzuli-Hadrut, Füzuli – Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın istiqamətində əlavə yollar da çəkilir. Xüsusilə dəmir yolları qeyd olunmalıdır. Artıq Bərdə-Ağdam dəmir yolunun inşasına başlanıb. Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına start verilib”.
Lakin işlər nəzərdə tutulduğundan ləng gedir. Belə ki, zalım, qəddar düşmənin törətdiyi dağıntıları yenidən qurmaq, torpaqlarımızdan çıxarkən basdırdıqları on minlərlə minalardan təmizləmək olduqca mürəkkəb və çox vaxt aparan bir prosesdir.
Ermənistan öz cinayətkar əməllərindən hələ də əl çəkməyərək basdırdıqları minaların xəritəsini təqdim etmir. Halbuki, müharibə başa çatdıqdan sonra bu xəritə qarşı tərəfə verilməlidir.
Hətta hal-hazırda belə erməni quldurları quruculuq işlərinə mane olmağa çalışırlar. Tez-tez atəş açaraq nifaq törətməyə can atırlar. Odur ki, 30 il yurd-yuva həsrəti çəkərək gözləri vətən yollarında qalan qaçqın və köçkünlərimiz işğaldan azad olunmuş torpaqlarımıza hələ də ayaq basa bilmirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Müharibədən sonra 200-ə yaxın Azərbaycan vətəndaşı – mülki və hərbi vətəndaş ya həlak olub, ya da ki, ciddi yaralanıb. İlk növbədə minalardan təmizləmə işləri aparılmalıdır. Bu sahədə həm ANAMA, həm Müdafiə Nazirliyi fəal işləyirlər, eyni zamanda, Fövqəladə Hallar Nazirliyi.
Əfsuslar olsun ki, bu günə qədər insanlar itiririk. Ona görə bu işləri görmədən biz genişmiqyaslı qayıdış proqramına başlaya bilmərik. Mina təmizləməklə bağlı, ilk növbədə, infrastrukturun keçdiyi yerlər diqqət mərkəzində idi, yəni elektrik xəttləri, yollar. Baş planı hazır olan şəhərlərin, xüsusilə Şuşa və Ağdam şəhərlərində minalardan təmizlənməsi prosesi sürətlə gedir”.
Lakin bütün bu çətinliklərə baxmayaraq torpaqlarımızda quruculuq işləri ruh yüksəkliyi ilə davam etdirilir. Vandalların dağıtdıqları tarixi abidələrimiz yenidən bərpa edilir. Şuşa şəhərində bu sahədə artıq böyük işlər görülüb və görülməkdədir.
Vətən müharibəsi başlayanda on minlərlə gənc hərbi komissarlıqların qarşısına toplaşaraq könüllü olaraq cəbhəyə yollanmaq üçün müraciət etdi. Hazırlıqlı Ordumuzun cəsur əsgər və zabitləri vətəni qorumaq üçün irəli atıldılar.
Cənab İlham Əliyevin komandanlığı ilə torpaqlarımız geri alındı, lakin bu haqq savaşında 3 min şəhid verdik. Minlərlə insan əlil oldu.
Dövlətimiz şəhid ailələrini, qaziləri və müharibədən əziyyət çəkən insanları hər an diqqət mərkəzində saxlayır. Onları mənzillə təmin edir. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillə təmin edilib. Onlara 7400 avtomobil verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə 850 mənzil verilib. İkinci Qarabağ müharibəsinin qazilərinə və şəhid ailələrinə 750 mənzil verilib və bu prosedur davam etdirilir”.
Azərbaycanda müntəzəm olaraq şəhid ailələrinin sosial təminatı yaxşılaşdırılır. Onlara təyin olunan müavinət getdikcə artırılır. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilər ən müasir protezlərlə təmin olunurlar. Hansı ki, bu protezlərlə onlar sağlam həyata qayıda bilərlər.
Unutmamalıyıq ki, düşmən həmişə düşməndir və çox yaxınlığımızda, torpaqlarımızda yaşayan düşmən hər an pusqudadır. Odur ki, biz belə qonşularla hər an ayıq-sayıq olmalıyıq. Güclü ordumuz, müasir silah-sürsatımız olmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Hərbi quruculuq prosesi davam olunacaqdır. Müharibə dövründə çoxlu sayda döyüş sürsatdan istifadə olunub, indi onları bərpa etməliyik və bağlanmış yeni kontraktlar bunu təmin edir. Artıq silah və sürsat tədarükü gedir. Müxtəlif xarakterli müasir silah sistemləri alınır. Hərbi texnologiya inkişaf edir və Azərbaycan həmişə ən yaxşı texnologiyaları almaq arzusundadır. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması strateji vəzifədir”.
Şəhla Ağbulud

ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

Prezident hakimlərlə bağlı qanuna dəyişiklik etdi

Next Post

Təhsil Nazirliyi hara baxır? – 20 Yanvara bağlı dərslikdə rəzalət/Foto

Next Post
Təhsil Nazirliyi hara baxır? – 20 Yanvara bağlı dərslikdə rəzalət/Foto

Təhsil Nazirliyi hara baxır? - 20 Yanvara bağlı dərslikdə rəzalət/Foto

Bakıda polis toqquşan maşınların arasında qaldı – VİDEO

Bakıda polis toqquşan maşınların arasında qaldı - VİDEO

İrəvana qaytarılan altı erməni hərbçi barədə cinayət işi açıldı

İrəvana qaytarılan altı erməni hərbçi barədə cinayət işi açıldı

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

Abşeron məktəblərində “Mənim ailədə vəzifələrim” mövzusunda “Ailə həftəsi” keçirilir

Abşeron məktəblərində “Mənim ailədə vəzifələrim” mövzusunda “Ailə həftəsi” keçirilir

2022-05-16
Bu gün Xarkovdakı Fəxri Konsulluğumuz işini bərpa edir

Bu gün Xarkovdakı Fəxri Konsulluğumuz işini bərpa edir

2022-05-16
Ana aktrisaya lüks avtomobil bağışladı

Ana aktrisaya lüks avtomobil bağışladı

2022-05-16

2022-05-16
Rusiya iki Su-25 təyyarəsini vurub

Rusiya iki Su-25 təyyarəsini vurub

2022-05-16
Məşhur klinikada insident: ədliyyə zabitləri mühafizəçini döydü

Məşhur klinikada insident: ədliyyə zabitləri mühafizəçini döydü

2022-05-16
Ukrayna ordusundan uğur: Rusiya sərhədinə çatıb – Foto

Ukrayna ordusundan uğur: Rusiya sərhədinə çatıb – Foto

2022-05-16
Benzinin qiyməti ilə bağlı SOCAR-dan AÇIQLAMA

Benzinin qiyməti ilə bağlı SOCAR-dan AÇIQLAMA

2022-05-16
Pomidor niyə bahadır? – Video

Pomidor niyə bahadır? – Video

2022-05-16
Yavər Camalovun oğlu 8 milyonluq evlər alıb – Foto

Yavər Camalovun oğlu 8 milyonluq evlər alıb – Foto

2022-05-16
İlham Əliyevin Türkiyəyə səfəri başladı

İlham Əliyevin Türkiyəyə səfəri başladı

2022-05-14
Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

2022-05-14
Bakının mərkəzində aksiya – CANLI

Bakının mərkəzində aksiya – CANLI

2022-05-14
Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi

Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi

2022-05-14
Abşeronda Gender və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu toplandı

Abşeronda Gender və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu toplandı

2022-05-14
Bu şəxslərə hərbi xidmətdən möhlət verildi

Bu şəxslərə hərbi xidmətdən möhlət verildi

2022-05-13
Daha 9 nəfər koronavirusa yoluxdu, ölən olmadı

Daha 9 nəfər koronavirusa yoluxdu, ölən olmadı

2022-05-13
Sabunçunun icra başçısı şəhid anasını evini dağıtdırdı – Video

Sabunçunun icra başçısı şəhid anasını evini dağıtdırdı – Video

2022-05-13
Putinlə görüşməyə hazıram, ancaq…” – Zelenski

Putinlə görüşməyə hazıram, ancaq…” – Zelenski

2022-05-13
Füzulidə polis özünü silahla öldürüb

Füzulidə polis özünü silahla öldürüb

2022-05-13

Seçmə

  • Bütün
  • SEÇMƏ
SEÇMƏ

2022-05-16
Yavər Camalovun oğlu 8 milyonluq evlər alıb – Foto
SEÇMƏ

Yavər Camalovun oğlu 8 milyonluq evlər alıb – Foto

2022-05-16
Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi
SEÇMƏ

Cavanşir Feyziyev daha bir vəzifəsini itirdi

2022-05-14
Səfa Mirzəyev işdən çıxarıldı
SEÇMƏ

Səfa Mirzəyev işdən çıxarıldı

2022-05-13
Gənc nazir müavinin qalmaqallı rəqsindən danışdı
SEÇMƏ

Gənc nazir müavinin qalmaqallı rəqsindən danışdı

2022-05-13
Xankəndidə ATIŞMA: general-mayor saxlanıldı
Manşet

Xankəndidə ATIŞMA: general-mayor saxlanıldı

2022-05-11
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

Abşeron məktəblərində “Mənim ailədə vəzifələrim” mövzusunda “Ailə həftəsi” keçirilir

Abşeron məktəblərində “Mənim ailədə vəzifələrim” mövzusunda “Ailə həftəsi” keçirilir

2022-05-16
Bu gün Xarkovdakı Fəxri Konsulluğumuz işini bərpa edir

Bu gün Xarkovdakı Fəxri Konsulluğumuz işini bərpa edir

2022-05-16

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.