14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Eldar Mahmudov adamını xilas etdi

12 Sentyabr 2020, 13:13
Seçmə
A A
Eldar Mahmudov adamını xilas etdi

ldar Mahmudovun adamı növbəti dəfə hakim qarşısına çıxarılıb. O, şərti cəza alaraq həbsdən buraxılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən Sahib Ağayev şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, məhkəmə prosesləri əsas gətirilmədən qapalı keçirildiyindən məhkəmənin gedişatı ilə bağlı ətraflı məlumat əldə edə bilməmişik.

Amma bundan əvvəl cinayət işi ilə bağlı bir sıra məlumatlar dərc etmişdik.

İş üzrə zərərçəkmiş tərəflər Vergilər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir.

S.Ağayev Eldar Mahmudovun şəriki, sabiq nazirin milyonlarına nəzarət etmiş şəxs olub.

İttihama görə, Sahib Ağayevin rəhbərlik etdiyi şirkət 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin istəyi ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi avadanlıqların gətirilməsi və həmin sistemin qurulmasını həyata keçiribmiş.

İmzalanmış müqavilə şişirdilərək 90 milyon göstərilib. Bu məbləğin 30 milyon manatı Sahib Ağayevin xarici şirkətinin hesabına köçürülüb.

Qeyd edək ki, haqqında danışılan müqavilə Maliyyə Naziriliyi ilə “Main İnvestment LTD” arasında razılaşdırılıb. 90 milyon MTN-nin büdcəsinə yatırılıb. Bu məbləğin 30 milyonu Dominikan Respublikasındakı şirkətlərdən birinin bank hesabına köçürülüb. Oradan isə Eldar Mahmudovun oğlu Anar Mahmudovun Latviyanın paytaxtı Riqa şəhərindəki şirkətlərindən birinin hesabına köçürülüb.

Külli miqdarda mənimsəmədə və vergidən yayınmaqda təqsirləndirilən Sahib Ağayev barəsində olan cinayət işində şahid qismində Eldar Mahmudov da dindirilib. Eldar Mahmudovun ifadəsi Musavat.com-da dərc edilib.

Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz:

https://musavat.com/news/general-eldar-mahmudovun-istintaqa-ifadesi-ilk-defe-yeni-musavat-da_574730.html?d=1

Xatırladaq ki, Eldar Mahmudov şahid qismində dindirilərkən ondan 30 milyonun hara “yoxa” çıxması soruşulmuşdu. Amma sabiq nazir suallara cavabında bundan xəbərsiz olduğunu deyib.

Eldar Mahmudova oğlunun şirkəti və biznesi barədə də sual verilib. Eldar Mahmudov bu suala da “bilmirəm” cavabını verib. O, oğlunun Riqada və digər ölkələrdə bizneslə məşğul olmasından xəbərəsiz olduğunu söyləyib.

Amma Musavat.com-un əldə etdiyi məlumatdan bir daha aydın olurdu ki, Eldar Mahmudov yalan danışıb. Onun bu yalanını şəriki, dostu Sahib Ağayev ifşa edib.

Belə ki, Sahib Ağayev istintaqa ifadəsində Anar Mahmudovun bir neçə ofşor şirkətlərinin olduğunu təsdiqləyib. Lakin şirkətlərin sayı və adları barədə dəqiq məlumatının olmadığını deyib.

Sahib Ağayev həmçinin sabiq nazirin oğlunun Bakıda rəhbərlik etdiyi şirkətlər və biznesi haqda da ətraflı danışıb. O, Eldar Mahmudovun adamlarının xarici ölkələrdə kimlər vasitəsi ilə ofşor şirkətlər açması, necə idarə etməsini də izah edib. Sahib Ağayev həmin ifadəsində Mahmudovlarla bağlı maraqlı məqamları da açıb. Bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik.

Sahib Ağayev Qazaxıstanda saxlanılaraq Azərbaycana gətirilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, S.Ağayev Eldar Mahmudovun iş ortaqlarından və yaxın adamlarından biri olub.

Qeyd edək ki, “yoxa çıxan 30 milyon” işində Eldar Mahmudovun daha bir adamının Kanada vətəndaşı Kazem Askarinin adı keçir. Eldar Mahmudovla 1998-ci ildən dostluq edən Kazem bu işdə baş roldadır.

Belə ki, Avropa Oyunlarında Azərbaycanda quraşdırılan təhlükəsizlik sistemi məhz Kazemin Kanadadakı şirkətindən alınıb. Kazemin də bu işdəki fəaliyyəti haqda ətraflı məlumat verəcəyik.

Əvvəlki yazı

Roza: “Zaura demişəm ki, məni çağırmasın”

Sonrakı yazı

Lənkəranda dəhşət: həbsdən çıxıb arvadını öldürdü

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.