Bir zamanlar sevgili olan cütlük Demet Özdemir və Can Yaman ilə bağlı xəbər var.
Reportyor.info xəbər verir ki, keçmiş sevgililər eyni məkandan çıxarkən görüntüləniblər.
İlk öncə Demeti görən müxbirlər ona bir neçə sual veriblər. Lakin Demet heç birini cavablandırmadan maşınına minərək məkandan ayrılıb.
Ondan sonra isə Can Yaman həmin məkandan çıxaraq gizlicə maşınına minməyə çalışıb. O da müxbirlərin suallarını cavabsız qoyub. Hər ikisinin gizlənməyə çalışması və sualları cavabsız qoyması ağıllarda “Yenidən sevgilidirlər” şübhəsini yaradıb.