“Anaxeber.az” saytının təsisçisi və baş redaktoru Azər Talıbov bu gün Baş Prokurorluğa çağrılıb.Baş redaktorun Reportyor.info verdiyi açıqlamasıda bildirib ki, onu hansı səbəbdən prokurorluğa çağırdıqları deyilməyib. Xatırladaq ki ,bir necə gün öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sayta məktub daxil olub. Məktubda göstərilən məqalələrin silinməsi tələb edilib və əks halda saytın bloklanacağı bildirilib. Qeyd edək ki ,dünən axşam saatlarından anaxeber.az saytı artıq bloklanıb.