03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakıdan yeni həmlə, Paşinyandan acı etiraf: “Boru xətləri Ermənistandan keçsəydi…”

30 Yanvar 2019, 10:36
Manşet
A A
Bakıdan yeni həmlə, Paşinyandan acı etiraf: “Boru xətləri Ermənistandan keçsəydi…”

Erməni baş nazir sələflərinin yolu ilə gedəcək, yoxsa…; blokadada olan işğalçı ölkədə daha bir təlaş; erməni nəşrindən SOS!: “Azərbaycan internetin köməyi ilə Ermənistan əleyhinə kəşfiyyat əməliyyatları başlada bilər…”

Vaxtaşırı qeyd elədiyimiz kimi, Ermənistana qarşı müharibə təkcə səngərlərdə getmir. İqtisadi, hərbi qüdrətin artırılmasının vacibliyi öz yerində, beynəlxalq rəyi öz xeyrinə möhkəmlətmək üçün virtual məkanda aparılan informasiya-təbliğat mübarizəsi eyni dərəcədə önəm daşıyır. Təbii ki, diplomatiya, təhlükəsizlik-kəşfiyyat məsələləri də həmişə diqqətdə saxlanmalı məsələlərdir.   

Virtual məkan deyərkən, bu məkanı mümkün edən vasitələrə nəzarət də böyük önəm kəsb edir. Həmin vasitələrə çıxış imkanı əldə eləmək rəqib üzərində başqa, daha bir vacib üstünlüyü təmin etmək anlamlına gəlir. Bütün sferaların, o cümlədən hərbi-müdafiə sahəsinin elektronlaşdığı və kompüterləşdirildiyi müasir zamanda bu, xüsusi əhəmiyyət daşıyır.

*****

Yeri gəlmişkən, belə bir məlumat yayılıb ki, son günlər Azərbaycan şirkəti Gürcüstanın ən böyük internet provayderlərindən olan “Kaukazus Onlayn” şirkəti ilə 1200 kilometr uzunluqda olan optik kabellərin satışı ilə bağlı danışıqlar aparılır. Bu iddia ilə “Qraparak” erməni qəzeti çıxış edib (axar.az).

“Əgər razılıq baş tutsa, Azərbaycan internetin köməyi ilə kəşfiyyat əməliyyatları başladacaq və nəticə etibarilə Ermənistanı çox sürətli şəkildə əlaqədən məhrum edəcək. Bəzi məlumatlara əsasən, hökumət hələlik bu məsələdən narahat deyil və bununla bağlı cavab tədbirləri görmür”, – deyə qəzet təşvişlə iddia edib.

“Кавказус Онлайн” ile ilgili görsel sonucu

Yada salaq ki, 2015-ci ildə “Kavkazus Onlayn” şirkəti satışa çıxarılıb. Şirkətin satışa çıxarılmasından sonra iki kompaniya ona nəzarət uğrunda mübarizə aparıb. Bunlardan biri Rusiyanın “Bilayn” şirkətinə məxsus “Vimpelkom”, digəri isə Gürcüstanla ABŞ-ın ortaq yaratdığı “Maqtikom” şirkətidir. 2017-ci ildə şirkət “Maqtikom”a satılıb. Şirkət ümumilikdə Avropadan (Varna şəhərindən – red.) Gürcüstana (Potiyə -red.) Qara dənizin dibi ilə gələn 1200 kilometrlik fiber optik xəttə nəzarət edir. Bunun vasitəsilə Gürcüstan Avropadan gələn interneti Azərbaycan və Ermənistana verir.

“Kavkasus Onlayn” Gürcüstanın internet tranzitinin 61%-ni, Ermənistanın 85%-ni, Azərbaycanın isə 50%-ni internetlə təmin edir. Əgər erməni mətbuatının yazdıqları doğrudursa, bu, artıq Azərbaycanın bu xətti almaq üçün ikinci cəhdi sayıla bilər. Belə ki, Bakı ilk dəfə bu xətti 2007-ci ildə almaq istəyib.

*****

Strateji əhəmiyyətli xətlərdən söz düşmüşkən, bura bölgədən keçən tranzit neft-qaz kəmərləri və dəmir yolu xətləri də daxildir. Məlumdur ki, Ermənistan öz işğalçı siyasəti nəticəsində belə meqa-layihələrin hamısından kənarda qalıb. Üstəlik, Azərbaycan və Türkiyə tərəfindən illərdir yarımblokada şəraitində saxlanılır. Əlamətdardır ki, bu acı gerçək indi Ermənistanın yeni rəhbərliyi səviyyəsində etiraf edilməyə başlayıb.

Paşinyan ile ilgili görsel sonucu

“Biz Ermənistandan keçən tranzit neft-qaz layihələrində çox maraqlıyıq”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan RBK telekanalına müsahibəsində deyib. Baş nazir bu haqda “Ermənistan Rusiyadan qaz asılılığını azaltmağa çalışan və ”Şimal axını-2″ kimi layihələri özünün təhlükəsizliyi üçün təhlükə sayan ölkələrə qoşulmağı planlaşdırırmı” sualına cavab verırkən söyləyib.

”Şimal axını - 2" ile ilgili görsel sonucu

“Ermənistan öz ərazisindən, o cümlədən Rusiyadan gələn  tranzit qaz kəmərinin keçməsində maraqlıdır. Təəssüf ki, Ermənistanda ”Şimal axını – 2″ tikilmir. Biz marağındayıq ki, bizim ölkədə də hansısa tranzit boru xətti inşa edilsin və hansısa A nöqtəsindən B nöqtəsinə qaz və ya neft nəql eləsin. Biz belə layihələrdə çox maraqlıyıq”.

*****

Əlbəttə, “halva-halva” deməklə ağız şirin olmur. Ermənistan öz ərazisindən bu kimi xətlərin keçməsini, lap elə qonşu Gürcüstan kimi Azərbaycandan əlverişli qiymətə qaz almaq istəyirsə, o zaman ən azından düşdüyü blokada rejiminin səbəblərini bir daha götür-qoy eləməli, nəticə çıxarmalı, səbəbləri aradan qaldırmalıdır.

Bundan ötrü isə o, işğalçılıq siyasətinə son qoymalı və bütün qonşuların ərazi bütövlüyü və suverenliyini qeyd-şərtsiz tanımalıdır. Ermənistan ilk növbədə regiona, ardınca isə dünyaya açılmalıdır. Ola bilsin, ondan sonra Ermənistan onun ərazisindən keçəcək hansısa yeni meqa-layihələrin iştirakçısı olsun, tranzit ölkəyə çevrilsin.

Paşinyan bu yöndə cəhdlər edəcəkmi? Hələlik söyləmək çətindir. Burası dəqiqdir ki, özünü “demokrat rəhbər” sayan Nikol Paşinyan öz xalqının inkişaf yoluna çıxması, ölkəsinin gerçək müstəqilliyə və rifaha qovuşması üçün ermənilərin sonuncu şansıdır. Bu şans hələ itirilməyib. Öncə Azərbaycanla dil tapılmalıdır. Bu olmayacaqsa, blokada şəraitindəki Ermənistanda çox baş nazirlər gəlib-gedəcək, acı gerçəkliklər və etiraflar isə qalacaq və davam edəcək. Elə işğalçı ölkədə inqilab və sosial-siyasi təlatümlər də…

“Yeni Müsavat”ın analitik xidməti

Əvvəlki yazı

PREZİDENTDƏN MƏMURLARA XƏBƏRDARLIQ: “İcra orqanları bilməlidir ki, əsas vəzifəmiz xalqa xidmət etməkdir” –Müşavirənin tam stenoqraması

Sonrakı yazı

Milli Şuradan Akif Nağının iddialarına reaksiya

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51
Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

02 Fevral 2026, 13:50
Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

02 Fevral 2026, 13:10
Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

02 Fevral 2026, 12:46
Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

02 Fevral 2026, 12:24
Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.