“Azərişıq” ASC-dən yenə şikayətlər başlayıb. Abonentlər onlara artıq borc gəlməsindən narazılıq edirlər.
Reportyor.info xəbər verir ki, vətəndaşlardan biri bu ay ona işıq pulu qəbzi gəlmədiyini yazıb. Abonent maraq üçün ASC-nin rəsmi saytından borcu ilə maraqlanıb və monitorda 97, 23 manat çıxıb.
Qurumun saytında göstərilib ki, bu ay 47943 kilovat işlədən vətəndaşın 97,23 manat borcu var. Halbuki, abonentin sayğacında rəqəm fərqlidir – 47486 kv…
Onun sözlərinə görə, arifmetika ilə limitsiz bu, 536 kv edir. Onu hesablayanda 0.11 alınır və borc 58.96 manat edir. Amma 97 manat yüklənib və əlavə rəqəmlər ortalığa çıxarılıb. Şikayətçi vətəndaşları sayğaclara diqqət etməyə çağırıb.