Azərbaycanda İrana işləyən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Samirə Cəfərova Göyçay Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı saxlanılıb.
Məhkəmənin də qərarı ilə S.Cəfərova 2 min manat cərimə olunub.
Məlumata görə, S.Cəfərova Azərbaycanda İranın din xadimlərinin təbliği ilə məşğul olur.