“Qarabağ”ın Türkiyənin “Qalatasaray” komandası ilə xeyriyyə oyununun stadionu müəyyənləşib.
Qol.az kluba istinadən xəbər verir ki, görüş Bakı Olimpiya Stadionunda keçiriləcək. Qeyd edək ki, martın 26-ı oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.
https://fb.watch/jfkBUsSuXu/?mibextid=1YhcI9R