13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AYB sədrliyi uğrunda mübarizə qızışdı – şok ittihamlar

08 Avqust 2019, 10:33
Gündəm, Seçmə
A A
AYB sədrliyi uğrunda mübarizə qızışdı – şok ittihamlar

Bu il Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçiriləcək. Keçiriləcək, amma sədrin kim olacağını seçkilər müəyyən etməlidir. Bu da bəzi gənc ədibləri həvəsləndirib.

Onlar AYB sədri Anarın yerinə seçilmək istəyirlər. Lakin  “köhnə qvardiya”  Anarın bu posta yenidən seçilməsinin tərəfdarıdır. Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda  yaradılıb.

İlk rəhbəri Məmmədkazım Ələkbərli olub. Sonra Seyfulla Şamilov, Rəsul Rza, Süleyman Rəhimov, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı kimi yazıçı-şairlər AYİ sədri olublar. 1987-ci ildən quruma Anar  sədrlik edir. 32 ildir bu vəzifəni tutan Anar AYB-də ən  uzunmüddətli sədrdir.

Qurumun birinci katibi, xalq şairi Fikrət Qoca Modern.az-a bildirib ki, gənclərin bu prosesdə aktivləşməsi yaxşıdır, amma həyatda olduğu kimi, həmin mərama çatmalıdırlar: “Təki gənclər sədr seçilsinlər, kim nə deyir ki? Hamı sədr ola bilər. Mən özüm Anara səs verəcəm. Anar gedəndə mən ondan bir saat da qabaq gedəcəm. Çünki mən yaşca Anardan böyüyəm. Zamanı gələndə gedərəm. Amma AYB bizim evimizdir. Evdən bu saat qaçmalıyam?”

Gənc şair Fuad Cəfərli də namizədliyini elan edib və digər yazarlar da prosesə qoşulublar.  AYB Gənclər Şurasının üzvü, şair Tural Turan da bildirdi ki, 13-cü qurultayda AYB sədrliyinə namizədliyini irəli sürəcək: “Hazırkı sədr və onun komandası gənc yazarların beynəlxalq aləmdə, dünyada tanıdılması üçün heç nə etməyib. Xaricdə hər hansı tədbir olarsa üç-beş eyni  adamlar gedir. Azərbaycanın həmin adamlardan başqa istedadlı yazarları yoxdur? Var. Amma kölgədə qalırlar. Prezident təqaüdü istisna olmaqla, gənclər üçün heç nə edilməyib.

Xarici ölkələrdə kitabları çap olunmayıb. Halbuki prezident 800 min manat bir, daha sonra da 3 milyon manat ayırıb. Bəs bu pullar hara xərclənib?  Hesabatı da verilməyib. Bütün bunları nəzərə alaraq AYB-də yeni idarəetməyə ehtiyacın olduğunu görürəm”.

Yazıçı Qan Turalı “Yeni Müsavat”a bildirdi ki, dünyanın hər yerində AYB kimi qurumlar fəaliyyət göstərir: “Bu cür yazıçılar ittifaqlarına hər zaman  ehtiyac var. Türkiyənin özündə də yazıçılar birlikləri var. Sadəcə, Azərbaycanda bu qurum fəaliyyətini günün tələbləri istiqamətində qurmalıdır. Biz daha çox görürük ki, AYB yazıçıların sosial müdafiəsi ilə məşğuldur, nəinki ədəbiyyatın özü ilə. Yaxşı olar ki, bir nəşriyyat açsın, kitab çapı üçün real addımlar atsın. Amma bu istiqamətdə heç bir iş görmürlər.  Ona görə də qurultayda bu məsələlər ortaya çıxarılmasa, addımlar atılmasa sədr postunda kadr dəyişikliyinin bir əhəmiyyəti qalmayacaq”.

Qan Turalı hesab edir ki, ideya, yanaşma dəyişməsə, Orxan Pamuk da AYB sədri olsa xeyri yoxdur.

Yazıçı Əkrəm Əylisli “Yeni Müsavat”a bildirdi ki, 80 yaşdan sonra vəzifə haqda düşünmək insanın öz-özlüyündə mənəvi yoxsulluğun göstəricisidir: “Çünki 80 il yaşayan bir adam vəzifə haqda düşünə bilməz.  Bu yaşda adamın başqa qayğıları olur, hansı səhvlərə yol verdiyini saf-çürük edir, axirət dünyasını necə hiss etdiyini düşünür, bütün bunları daxili sarsıntılarla yada salır.

Ona görə 80 yaşdan sonra insan bu dərəcədə mənfəətpərəst ola bilməz. Ümumiyyətlə, böyük yazıçıların həyatında belə bir şey olmayıb”.

Ə.Əylisli qeyd etdi ki, SSRİ məkanındakı yazıçılar 70 yaşdan sonra rəhbər vəzifədə olmayıblar: “Hətta bu vəzifədə uzun müddət oturanlar da, məsələn, Türkmənistanda Berdı Kerbabayev, Qazaxıstanda Muxtar Auezov… Məndə elə şübhə oyanır ki, indi vəzifədən əl çəkməyən AYB rəhbərləri nə vaxtsa yaradıcılığa qəlbən vurğun insanlar olublar. Əgər belə olsaydı, bu adamların bioqrafiyası hədsiz dərəcədə bəsit, yoxsul olardı. 32 il bir postda oturmaq və bununla fəxr eləmək mənə qəribə gəlir. Amma hər hansı gənc yazıçı  bir-iki kəlmə AYB-nin ünvanına düz söz deyəndə onu nəinki AYB-nin, az qala məmləkətin düşməni elan edirlər. Mənim AYB-yə münasibətimdə qərəz, qısqanclıq axtaranlar bilir ki, heç vaxt vəzifəpərəst olmamışam. Bütün vəzifələrdən özüm getmişəm, yalvarsalar da qayıtmamışam.  İkincisi, bir yaradıcı təşkilatda 5 ildən sonra hava tapırsansa, o hava süni və sintetikdir, sağlam insan ciyərinin qəbul edə bilmədiyi natəmiz havadır”.

Ə.Əylislinin sözlərinə görə, AYB-də tarix boyunca heç vaxt belə qeyri-demokratik şərait olmayıb: “Nizamnaməyə riayət edilmir. Onsuz da nizamnaməni də özləri yazırlar, lazım gələndə istədikləri formada dəyişirlər. O vaxtlar AYB-də plenium olurdu, indi bu da yoxdur. Rəhmətlik Sabir Əhmədli deyirdi ki, daha Yazıçılar İttifaqı yoxdur, ”katiblər ittifaqı” var. İntəhası, bu gün bir dəstə cığal da var ki, əslində onların yazıçılığa, yaradıcı mühitə dəxli yoxdur, özlərindən razı adamlardır, yeganə məqsədləri AYB-dən nəsə qoparmaqdır. Biri təqaüd, biri ev istəyir. Həmin adamlara istədikləri verilməyəndə AYB-yə atəşin hücuma keçirlər. Bax, AYB-nin bunlardan təmizlənməsi hamının ürəyincə olardı. AYB-nin fəaliyyətinə birtərəfli baxmaq lazım deyil. Burada yaradıcılıq ab-havası yaxşı olsaydı neqativ özü buxarlanıb gedərdi. İndi AYB-yə qəbul olunanlar üçün üzüyolalıq əsas keyfiyyət sayılır. Axı Yazıçılar Birliyi pioner düşərgəsi deyil.

Bu gün həqiqi istedadı olanlar var ki, AYB üzvü olmaqdan utanırlar. Niyə utanırlar? Bu məsələ hökmən araşdırılmalıdır. O vaxtı AYB sədrliyinə Anarı mən təklif eləmişdim. Bu günə kimi o səhvimi özümə bağışlamıram. Növbəti qurultayda hamının qarşısında çıxış elədim, İsmayıl Şıxlıdan üzr istədim, seçimimdə səhvə yol verdiyimi boynuma aldım və qurultayı tərk elədim. Ondan sonra AYB-nin qapısından içəriyə heç vaxt ayaq qoymadım…”

AYB İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə “Yeni Müsavat”a dedi ki, qurultayın 2020-ci ildə olması gözlənilir: “Bu barədə dəqiq tarixi rəsmilər daha yaxşı bilirlər. Amma gələn il olacağı ehtimalı var”. Q.Nəcəfzadə gənc yazarların namizədliyini irəli sürməsini normal qarşıladı: “Hər qurultay ərəfəsində olur, sonra qaçıb gizlənirlər. Deyirlər ki, gənc yazar sədr olsa yeni nəfəs gələr. Amma bu, yaşla bağlı deyil. Elə gənc var ki, qocadır. Elə qoca var ki, müasirdir. Anar müəllim hər cəhətdən müasirdir, xalq və hakimiyyət onu dəstəkləyir. Mən də Anar müəllimə dəstək vermək fikrindəyəm”.

Əvvəlki yazı

Sərdar Cəlaloğlu qohumunun həbsindən danışdı

Sonrakı yazı

Qırğızıstan qırğını: Atambayevin sarayında 1 ölü, 50 yaralı…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.