Qarabağdakı separatçı qüvvələrin sabiq “müdafiə naziri” Mikael Arzumanyan tutulub.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Araik Arutyunyanın “baş müşaviri” vəzifəsini icra edən Arzumanyan Qarabağdan Ermənistana gedərkən saxlanılıb. Onun Ermənistan İstintaq Komitəsi Hərbi İdarəsinin göstərişi ilə saxlanıldığı deyilir.