Şənbə, Aprel 1, 2023
Reportyor
Xarı Bülbül
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əlaqə
No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əlaqə
No Result
View All Result
Reportyor
Xarı Bülbül
No Result
View All Result
Home Cəmiyyət

Akif Çovdarovla bağlı bazar qarşıdurması böyüyür

03 Fevral 2023, 10:29
in Cəmiyyət, Gündəm
Akif Çovdarovla bağlı bazar qarşıdurması böyüyür

 

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı, uzun illər nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarovun əmlaklarının qaytarılması ilə bağlı qərardan artıq Ali Məhkəməyə şikayət verilib.

“Reportyor.info” “Azadlıq radiosu”na istinadən xəbər verir ki, şikayətçi generala qaytarılan əmlaklardan birinin – “8-ci kilometr bazarı”nın keçmiş sahibi Çingiz Əsədovdur. Bu ticarət mərkəzinin səhmlərinin 50 faizi Çovdarovun qızı Aidə Qasımovaya məxsusdur.

Sabiq MTN generalının həbsindən sonra Bakı Hərbi Məhkəməsinin hökmü ilə müsadirə olunan əmlaklar arasında bu da vardı. Çünki cinayət işinin materiallarında iddia olunur ki, 2005-ci ildə bazarı sahibi, “Maral-Veqa” MMC-nin təsisçisi Cəfər Səfərov və qardaşlarının əlindən zorla alıblar. Sonradan bazarın səhmlərinin 50 faizi Çovdarovun qızının, 50 faizi isə o dövrdə milli təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışan Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın adına keçirilib.

“Pulun 120 minini bankdan kredit götürmüşdüm”

Keçmiş MTN-çilərin cinayət işində bu bazar məsələsi ilə əlaqədar Səfərov qardaşları zərərçəkmiş qismində tanınıb. Qardaşların dediyinə görə, 2005-ci il dekabrın 16-da bazarla üzbəüzdə yerləşən “Maral-Veqa” MMC-nin ofisinə MTN əməkdaşları silahlı basqın edib. Qardaşlardan Qəhrəman Səfərovu, bazarın mühasibi Akif Əzimovu və direktoru Əyyub Novruzovu aparıblar. Az sonra Cəfər Səfərov da ora gətirilib:

“Akif Çovdarov mənə dedi ki, bazarı Fərhad Əliyevgil (keçmiş iqtisadi inkişaf naziri-red.) mənim vasitəmlə əvvəlki sahibindən zorla alıblar. Dedim ki, xeyr, mən özüm bu bazara görə əvvəlki sahibi Çingiz Əsədova 2002-ci ildə 240 min dollar pul vermişəm. Hətta bu pulun 120 minini bankdan kredit götürmüşdüm, bazar da girov qoyulmuşdu. Alqı-satqı müqaviləsinin bağlandığı notariusu da dedim…”.

“Başqa yol yox idi”

Səfərovların sözlərinə görə, onlar MTN-ə aparılanda Fərhad Əliyev təxminən iki ay olardı, həbs edilmişdi. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. O, 2007-ci ildə mənimsəmə, rüşvətalma və digər ittihamlarla 10 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü ildə isə əfv sərəncamı ilə azadlığa çıxıb.

Qardaşların iddiasına görə, onları sərbəst buraxmaq üçün bazarı təhvil vermələri tələb olunub. Cəfər Səfərov razılaşıb: “Başqa yol yox idi. Özləri də bilirdilər ki, götürdüyüm krediti ödəməmişəm, bazar bankda girovdur. Çovdarov özü 70 min dollardan bir qədər artıq krediti ödədi, bankdan arayış alındı…”.

Çovdarovgil razı deyillər

Daha sonra bazarın 50 faizi sabiq nazir müavini Hilal Əsədovun qayınatası Ənvər Məmmədovun, qalan 50 faizi isə Elşən İsmayılov adlı şəxsin adına keçir. Ardınca Məmmədov da öz payını qızı Nüşabə Əsədovaya bağışlayır, İsmayılovun aldığı hissə isə Çovdarovun qızı Aidə Qasımovanın adına keçir.

Çovdarov və Hilal Əsədov isə bazarın zorla ələ keçirilməsi ittihamı ilə razılaşmır. Onlar bu məsələ ilə əlaqədar ifadələrində də Səfərov qardaşlarını “Fərhad Əliyevin yaxın adamları” adlandırıb, o bazarın Çingiz Əsədov adlı şəxsdən zorla alındığını iddia ediblər.

“Akif Çovdarov yanıma gəlib dedi ki, Çingiz Əsədov adlı şəxs sahibi olduğu bazarın 2002-ci ildə əlindən alınması barədə MTN-ə şikayət edib. Səfərov qardaşları da bu əməllərini etiraf ediblər. Bu məsələni nazirə məruzə elədim. Sonra məlum oldu ki, qardaşlardan biri bazarı geri qaytarmağa razılıq verib, Çingiz Əsədov da şikayətini geri götürməyə razılaşıb. Sonradan bazar satıldı, qayınatam da bir hissəsini aldı…”, – sabiq nazir müavininin ifadəsindəndir.

20 manata alqı-satqı

Çovdarov isə ifadəsində bildirib ki, Çingiz Əsədov bazarı Səfərov qardaşlarından 300 min dollara geri almağa və şikayətindən imtina etməyə razılaşıb. Lakin sonradan deyib ki, bu qədər pulu yoxdur və bazarı geri ala bilmir: “Ona görə də bu məsələ MTN rəhbərliyinə məruzə olundu. Rəhbərlik tərəflərin hər ikisinin (Cəfər Səfərov və Çingiz Əsədovun) halallığı alınmaqla, mən və Hilal Əsədovun pulu ödəyib bazarı satın almağımızı təklif etdi…”.

Lakin Çingiz Əsədov iddia edir ki, həmin vaxt onu bazarı MTN generallarına verməyə məcbur ediblər:

“O bazarın Akif Çovdarovun qızının adına alqı-satqısı cəmi 20 manata rəsmiləşib. Həmin bazarla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Çingiz Əsədovun adına verdiyi sərəncam bu gün də qüvvədədir. Təəssüf ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədov bu məqamların heç birini nəzərə almadan əmlakın Akif Çovdarovun ailəsinə qaytarılmasına qərar verdi…”.

Əsədov kassasiya şikayətini Ali Məhkəməyə yanvarın 31-də təqdim edib.

Dövlət ittihamçısının etirazı

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, dekabrın 28-də Bakı Apellyasiya Məhkəməsində Çovdarovun yaxınlarının adlarına olan əmlaklarla bağlı müsadirə qərarının ləğvi məsələsinə baxılanda dövlət ittihamçısı buna etiraz edib. Prokuror deyib ki, sözügedən əmlakların müsadirə olunması haqda qərar əsaslıdır və dəyişməməlidir. Lakin məhkəmə təxminən 30 milyon manata yaxın dəyəri olan əmlakların müsadirədən azad olunmasına qərar verib. Prokurorluğun da bu qərardan Ali Məhkəməyə kassasiya protesti verib-verməyəcəyi, hələlik, məlum deyil.

Cinayət işlərində Ali Məhkəməyə şikayət və ya protest üçün il yarımlıq müddət müəyyənləşdirilib.

Çovdarovun ailəsinə qaytarılan əmlaklar

Çovdarovun ailəsinə qaytarılanlar arasında “8-ci kilometr bazarı”ndan başqa, aşağıdakı əmlaklar da var:

– Nəsimi rayonu, Bülbül prospektində mənzil – 483 min manat;

– Novxanı qəsəbəsində iki bağ evi – 800 min və 700 min manat;

– Binəqədi rayonu, 7-ci mikrorayonda 6-mərtəbəli bina – 3 milyon 178 min manat;

– Nəsimi rayonu, Cavadxan küçəsində 7-mərtəbəli bina – 4.5 milyon manat və s.

Bakı Hərbi Məhkəməsində mühakimə olunarkən ailə üzvlərinə məxsus əmlakların üzərinə həbs qoyulmasına Çovdarov belə münasibət bildirmişdi: “Həmin əmlakların bəziləri övladlarıma, kürəkənlərimə məxsusdur. Kürəkənlərim öz əmlaklarını özləri alıblar. Mən öz yaşadığım evin torpağını 2000-ci ildə almışam. Həmin vaxt heç MTN-də işləmirdim. Novxanıda yerləşən bağımın torpağını da 2000-ci ildə almışam. Onu da Mərdəkandakı torpağımı satıb almışam. Nazirlikdə işlədiyim dövrdə xidmətimlə əlaqədar dövlət tərəfindən mənə bir ev verilib. O da icra hakimiyyətinin sərəncamı əsasında verilib…”.

2015-ci ildə həbs olunan və 12 il azadlıqdan məhrum edilən Çovdarov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb.

ShareSendTweetShare
Previous Post

Hansı universitetlərin diplomları ölkəmizdə tanınmır? – VİDEO

Next Post

Ermənistanda generalın məhkəməsi başlayır

Related Posts

25 min rüşvət alan müstəntiq Nicat Acalovun tutduğu adam hələ də həbsdədir-Video
Cəmiyyət

25 min rüşvət alan müstəntiq Nicat Acalovun tutduğu adam hələ də həbsdədir-Video

by reportyor info
01 Aprel 2023, 13:21
Ordumuz “azad artsax” “abidəsini” sökdü
Gündəm

Ordumuz “azad artsax” “abidəsini” sökdü

by reportyor info
31 Mart 2023, 14:07
Qarabağ qaziləri Vilayət Eyvazova müraciət etdi: ““Vesta Construction” 61 min borcu qaytarmır”
Cəmiyyət

Qarabağ qaziləri Vilayət Eyvazova müraciət etdi: ““Vesta Construction” 61 min borcu qaytarmır”

by reportyor info
31 Mart 2023, 12:07
Lavrov Abdullahianı aşağıladı – Video
Gündəm

Lavrov Abdullahianı aşağıladı – Video

by reportyor info
31 Mart 2023, 11:34
31 Mart – Azərbaycan xalqının qan yaddaşı…
Cəmiyyət

31 Mart – Azərbaycan xalqının qan yaddaşı…

by reportyor info
31 Mart 2023, 11:31

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Xəbər lenti

25 min rüşvət alan müstəntiq Nicat Acalovun tutduğu adam hələ də həbsdədir-Video

25 min rüşvət alan müstəntiq Nicat Acalovun tutduğu adam hələ də həbsdədir-Video

01 Aprel 2023, 13:21
İlham Əliyev Tacikistana gedir

İlham Əliyev Tacikistana gedir

31 Mart 2023, 14:58
Lukaşenko Rusiyaya “dayanın” dedi, Kremldən reaksiya gəldi

Lukaşenko Rusiyaya “dayanın” dedi, Kremldən reaksiya gəldi

31 Mart 2023, 14:28
Tural Abbaslı və Pənah Hüseyn AMİP-lə birləşir? – AĞ Partiyadan açıqlama

Tural Abbaslı və Pənah Hüseyn AMİP-lə birləşir? – AĞ Partiyadan açıqlama

31 Mart 2023, 14:16
Ordumuz “azad artsax” “abidəsini” sökdü

Ordumuz “azad artsax” “abidəsini” sökdü

31 Mart 2023, 14:07
Ermənistan və Azərbaycan sərhədində gərginlik… – KTMT

Ermənistan və Azərbaycan sərhədində gərginlik… – KTMT

31 Mart 2023, 13:08
“İran bunu qəsdlə edir ki, hadisələrdə əli olduğu bilinsin” – Politoloq

“İran bunu qəsdlə edir ki, hadisələrdə əli olduğu bilinsin” – Politoloq

31 Mart 2023, 12:39
Qarabağ qaziləri Vilayət Eyvazova müraciət etdi: ““Vesta Construction” 61 min borcu qaytarmır”

Qarabağ qaziləri Vilayət Eyvazova müraciət etdi: ““Vesta Construction” 61 min borcu qaytarmır”

31 Mart 2023, 12:07
İran-Azərbaycan sərhədində əməliyyat – Saxlanılanlar var

İran-Azərbaycan sərhədində əməliyyat – Saxlanılanlar var

31 Mart 2023, 11:48
Mehriban Zəkinin səhhəti yaxşılaşıb

Mehriban Zəkinin səhhəti yaxşılaşıb

31 Mart 2023, 11:36
Lavrov Abdullahianı aşağıladı – Video

Lavrov Abdullahianı aşağıladı – Video

31 Mart 2023, 11:34
31 Mart – Azərbaycan xalqının qan yaddaşı…

31 Mart – Azərbaycan xalqının qan yaddaşı…

31 Mart 2023, 11:31
Quba polisi ictimai şura üzvləri ilə görüş keçirib

Quba polisi ictimai şura üzvləri ilə görüş keçirib

30 Mart 2023, 19:36
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir

Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir

30 Mart 2023, 17:45
Paşinyan Şarl Mişellə danışdı

Paşinyan Şarl Mişellə danışdı

30 Mart 2023, 14:02
Mərkəzi Gömrük Hospitalında soyğunçuluq: həyat yoldaşını itirdi, 6 500 manatı getdi – Video

Mərkəzi Gömrük Hospitalında soyğunçuluq: həyat yoldaşını itirdi, 6 500 manatı getdi – Video

30 Mart 2023, 13:19
Laçın rayonu həm döyüş meydanında, həm də siyasi yolla azad edildi

Laçın rayonu həm döyüş meydanında, həm də siyasi yolla azad edildi

30 Mart 2023, 13:05
Daha bir əməliyyat: İran casusları yaxalandı

Daha bir əməliyyat: İran casusları yaxalandı

30 Mart 2023, 12:56
Göyçayda narkotikə görə 6 nəfər saxlanılıb

Göyçayda narkotikə görə 6 nəfər saxlanılıb

30 Mart 2023, 12:45
*Qubada “Diqqət, uşaqlar” adlı hərəkətin təhlükəsizliyi tədbiri keçirilib*

*Qubada “Diqqət, uşaqlar” adlı hərəkətin təhlükəsizliyi tədbiri keçirilib*

30 Mart 2023, 12:40
Gorus-Xankəndi marşrutu dəyişdirilir – Paşinyan

Gorus-Xankəndi marşrutu dəyişdirilir – Paşinyan

30 Mart 2023, 12:39
Rayonlarda güclü külək əsir – FAKTİKİ HAVA

Rayonlarda güclü külək əsir – FAKTİKİ HAVA

30 Mart 2023, 12:23
Azərbaycan Hərbi Hava Qüvvələri təlimlərə başlayıb

Azərbaycan Hərbi Hava Qüvvələri təlimlərə başlayıb

30 Mart 2023, 12:20
ŞAD XƏBƏR: Bu ölkələrlə quru sərhədlərimiz açılır – Tarix bilindi/VİDEO

ŞAD XƏBƏR: Bu ölkələrlə quru sərhədlərimiz açılır – Tarix bilindi/VİDEO

30 Mart 2023, 11:34
Zeynəb Xanlarovanın yeni fotosu yayıldı

Zeynəb Xanlarovanın yeni fotosu yayıldı

30 Mart 2023, 11:20
Çin lideri Ukraynaya gəlir: Qərb yeni planı işə salır

Çin lideri Ukraynaya gəlir: Qərb yeni planı işə salır

30 Mart 2023, 11:08
ORDUMUZ LAÇIN YOLU İSTİQAMƏTİNDƏ SƏRHƏDİ NƏZARƏTƏ GÖTÜRDÜ

ORDUMUZ LAÇIN YOLU İSTİQAMƏTİNDƏ SƏRHƏDİ NƏZARƏTƏ GÖTÜRDÜ

30 Mart 2023, 11:03
Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində konfrans keçirilmişdir

Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində konfrans keçirilmişdir

29 Mart 2023, 16:58
“Bədənindəki gülləni həkimlər evdə çıxardı” – Deputatın xanımı

“Bədənindəki gülləni həkimlər evdə çıxardı” – Deputatın xanımı

29 Mart 2023, 14:43
İlham İsmayılın oğlu saxlanıldı

İlham İsmayılın oğlu saxlanıldı

29 Mart 2023, 14:14

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon – (99477) 399-55-66
Votsap – (99455) 3490491
Email – [email protected]

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized
Aprel 2023
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Mar    

© 2022 Reportyor.info

No Result
View All Result
  • Haqqımızda
  • Əlaqə

© 2022 Reportyor.info