Bakıda orta məktəblərin rus bölmələri üçün yazılmış 4-cü sinif üçün olan “Rus dili” dərsliyində 1990-cı il 20 Yanvar Bakı qırğını ciddi təhriflə verilib. Reportyor.info xəbər verir ki, uşaqlar üçün yazılmış mətndə qeyd edilir ki, Bakıda həmin qanlı gecədə Şəhid olmuş dinc sakinlər guya sovet ordusu ilə AXC silahlı dəstələri arasında baş verən atışmada həlak olub. Təhsil Nazirliyinin bu kitabdan xəbəri var?
1990-cı ili 20 yanvar gecəsi Sovet ordusu heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə soxulub və dinc əhalini gülləbaran edib. Bunu ölkəmizdə bilməyən adam yoxdur. İndi bu kitabda belə mətn yazmaqla uşaqlara nəyi öyrətmək istəyirlər? Sovet ordusunun haqlı olduğunu? Şəhərdə harda orduya qarşı müqavimət olub? Bu mətni hansı “ağıllı” yazar tərtib edib?
SSRİ rəhbərliyi nə qədər çalışsa da bir nəfəri belə efirə çıxarıb Bakıda orduya qarşı müqavmət iştirakçısı kimi göstərə bilmədi. Həmin gecə Sovet ordusu Qarabağdakı haqsızlığa etiraz edən Azərbaycan xalqını qanına qəltan edib.