Reportyor.info xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İslam Rspublikasının (İİR) xarici işlər naziri Mohəmməd Cavad Zərif bəyan edib ki, dünya artıq Vaşnqtonun birtərəfli fəaliyyətindən yorulub. Özünün «Tvitter»dəki xəbərində o, Donald Trampın qeyri-kompetentliyinə işarə də vurub.
«Beynəlxalq münasibətlər – özünün zəhlətökən frazaları ilə gözəllik müsabiqəsi deyil» – Zərif yazıb.
«Müharibəyə sürükləyən ilk dəfə deyil bəyan edir ki, o, bütün dünyada sülh naminə müharibə aparır» – deyə, Zərif əlavə edib. Bununla İranlı diplomat işarə vurub ki, ABŞ Prezidenti Donald Tramp əvvəllər dəfələrlə bütün dünyada sülh uğrunda mübarizə apardığını bəyan edib.
Xatırladaq ki, Birləşmiş Ştatların Tehranla bağlanmış nüvə sazişindən çıxmasından sonra, avqustun 7-də ABŞ-ın İrana qarşı sanksiyalarının birinci paketi qüvvəyə minib. Noyarda isə məhdudlaşdırıcı tədbirlər gücləndirilə bilər.