Lənkəran rayonunda qətl hadisəsi baş verib. Reportyor.info-nun verdiyi məlumata görə, qətl hadisəsi rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb.
Bir müddət əvvəl azadlığa çıxmış keçmiş məhkum – 1983-cü il təvəllüdlü Mais Məhərrəm oğlu Abıyev həyat yoldaşı 1981-ci il təvəllüdlü Günay Gəray qızı Abıyevanı yaşadıqları evdə qətlə yetirib. İlkin məlumata görə, cinayət odlu silahla törədilib.