22-07-2025
Reportyor.İnfo
Advertisement
Nəticə yoxdur
Bütün nəticələrə bax
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AZƏRBAYCANDA HİCAB QADAĞASI VƏ MÖMİNƏLƏRİN ÜZLƏŞDİKLƏRİ PROBLEMLƏR –Amerika nəşri ölkəmizdə qadınların dini hüquqlarından yazır – Araşdırma

08 May 2019, 02:29
Manşet
A A
AZƏRBAYCANDA HİCAB QADAĞASI VƏ MÖMİNƏLƏRİN ÜZLƏŞDİKLƏRİ PROBLEMLƏR –Amerika nəşri ölkəmizdə qadınların dini hüquqlarından yazır – Araşdırma

Ostin Kleyton

Eurasianet.org (ABŞ), 03.05.2019

 

Sevda Kamilova dilçilik üzrə diplomla universitet bitirib və gözləyirdi ki, ingilis dilinə yiyələnməyi Azərbaycanın turist sahəsində yüksəkmaaşlı iş tapmağa imkan verər. О, bir neçə beynəlxalq şirkətdə söhbətdə olub, amma hər dəfə soruşublar ki, işdə yaylıq örtməməyə razılaşacaqmı? О, imtina edib və iş əldə etməyib.

O deyib: “Bu şirkətlər istəmir ki, hicablı qadın onları təmsil etsin”.

O, hazırda ailə şirkətində çalışır və müsəlman baş örtüyü örtməyi davam etdirir. Kamilova izah edib: “Mənim üçün iman önəmlidir, bir də iş xatirinə yaylığı açmaq istəmirəm”.

Azərbaycanlıların 97%-i özünü müsəlman adlandırsa da, dini qaydaları  ciddi gözləyənlərin sayı xeyli azdır və ölkə özünün dünyəvi ənənələriylə fəxr edir. Amma SSRİ dağıldıqdan sonra dini ayinlərə əməl etmək çoxalıb. Heç kim statistika aparmasa da, hicab saxlayan qadınların sayının gözədəyən artımı Azərbaycan cəmiyyətində kəskin mövzu olub. Hicab saxlayanların dedikləri kimi, bununla yanaşı, əks-təsir də meydana çıxıb.

Sumqayıtda müsəlman geyimləri dükanının yiyəsi Sədaqət “Eurasianet.org”a deyib: “İndi dinin ardınca sərbəst getmək olar və yaylıq bağlamaq  istəyənlər bunu edə bilərlər”. Amma onun sözlərinə görə, hicab və ekstremizm arasında bağlılıq haqda geniş yayılmış təsəvvürlərə bağlı sosial basqı qabaqkı kimi qalır. O deyib: “Bəzi qadınlar ən nəhayətdə hicabı çıxardırlar ki, camaat içində gərəksiz diqqəti çəkməsinlər”.

Bakıda müsəlman geyimi alveri edən başqa bir şirkətin yiyəsi deyib ki, başıbağlı qadınların çoxu iş axtararaq onun dükanına gəlir, çünki başqa yerlərdə ayrı-seçkiliklə üzləşirlər. O, “Eurasianet.org”a deyib: “Onlar heç harda iş tapa bilmir və hicab alveri edən dükanlarda işə düzəlməyə çalışırlar”.

Azərbaycan Konstitusiyası çoxlu düzəlişlərlə olsa da, iman azadlığına zəmanət verir. 48-ci maddədə deyilir: “Dini ayinlərin icrası ictimai asayişi pozmursa və ictimai əxlaqa qarşı deyilsə, azaddır”.

Ailə, qadın və uşaq məsələləri üzrə Dövlət Komitəsinin baş müşaviri Aynur Veysəlova deyib – iş yerində hicab məsələsinə qanunda birbaşa şərt qoyulmur, lakin dövlət müəssisələrinin işçilərinin onu saxlamağına qeyri-rəsmi yasaq var. “Azərbaycan dünyəvi dövlətdir, konstitusiyamız da dünyəvi dəyərlərə söykənib, – o deyib. – Məsələn, Türkiyədə hicablı qadınların hətta hökumət idarələrində işləyə biləcəyi qanunlar var, amma bizdə belə bir şey yoxdur”.

Qızlara da məktəbdə hicab saxlamaq xəlvəti qadağan olunub. Din fəalları 2011-ci ildə silsilə etirazlar təşkil edərək hökumətdən bu qadağanı ləğv etməyi istəyiblər, amma nəticəsi olmayıb. Yasaq fəaliyyətini sürdürür.

Eyni zamanda Azərbaycan ictimaiyyəti böyük çoxluğu ilə dünyəvi olaraq qalmaqdadır və hicaba ehtiyatla yanaşır. Bu narahatlıq son illərdə İrandan və ərəb ölkələrindən turistlərin sayının çoxalmasıyla dərinləşir. Azərbaycan şairi Rasim Qaraca ölkəyə gələn üzüörtülü turist qadınların sayının artmasına cavab yazıb: “Bakı dünyada çadranı atan qadının təsvir olunduğu abidə olan yeganə müsəlman şəhəridir. Bu abidənin dəyərini hamı anlamalıdır. Bu mənim üçün ölkəmizin əsas rəmzlərindən biridir. Biz onu özlüyündə təbii saymamalıyıq. Biz onu ziyarət etməli və tarixi dəyərini və önəmini dərk etməliyik”.

Bu arada möminlərdən bəziləri hicablı qadınlara iş yerində ayrı-seçkilik qoyulmasına astadan gileylənirlər. KİV-lər də bu yaxında bu problemi işıqlandırmağa başlayıb.

Bakıda ərzaq dükanında işləyən gənc qadın Səidəyə işdə hicab geyməyə icazə verirlər. Ancaq o, satıcı qadın işinə düzəlmək üçün hicabı götürməli olan rəfiqəsindən danışıb. Səidə deyib ki, “tək-tük çəp-çəp baxışlar” və “özəlliklə bəzi alıcıların alkoqol alarkən mənimlə necə davranacaqlarını bilmədikləri” faktı nəzərə alınmasa, özünün problemi yaranmır.

Qadın Hüquqlarının Müdafiəsi Assosiasiyasından Novella Cəfərova deyib ki, hicablı qadınların da qalan hamı kimi hüquqları var. O, iş yerindəki ayrı-seçkilik haqda suala cavab verib ki, “bu problem barədə heç bir məlumat almamışıq. Alsaq, bu məsələni qaldıracağıq”.

Ailə məsələləri üzrə Dövlət Komitəsindən Veysəlova da deyib ki, iş yerində hicabla bağlı ayrı-seçkilik haqda heç vaxt şikayət almayıb. Bununla belə, diplomlu dilçi Kamilova deyib ki, iş axtarmaq təcrübəsi haqda heç kimə məlumat verməyib, çünki bu barədə heç kimin heç nə etməyəcəyini düşünüb. O deyib: “Hicablı qadınlar cəmiyyətimizdə, vur-tut, azlıqdır, belə ki, heç kim bizi dinləməyə başlamayacaq”.

Tərcümə Strateq.az-ındır.

 

WhatsAppFacebookFacebook MessengerTwitterShare

 

Əvvəlki yazı

“Liverpul” FİNALDA – “Barselona”nı darmadağın etdi

Sonrakı yazı

Əflatun Amaşov:“Azərbaycanla Gürcüstan xalqlarının yaxınlığını gözü götürməyən qüvvələr var”

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.