21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Milli Şuradan Akif Nağının iddialarına reaksiya

30 Yanvar 2019, 10:43
Cəmiyyət
A A
Milli Şuradan Akif Nağının iddialarına reaksiya

Ədalət Yusibov: “Akif bəyin məntiqinə tapınsaq…”

Qarabağ Azadlıq Təşkilatının sədri Akıf Nağının “Yeni Müsavat”ın ötən sayına verdiyi açıqlama çoxsaylı müzakirələr yaradıb. O, təsisçilərindən biri olduğu Qarabağ Komitəsinin (QK) fevralın 16-na təyin etdiyi mitinq barədə danışarkən Milli Şuranın (MŞ) ünvanına bir sıra iddialar səsləndirib. A.Nağı hesab edir ki, Milli Şura QK ilə mitinq bəhsinə girib. Sitat: “Milli Şuranın bizimlə mitinq yarışına girməsi yaxşı hal deyil. Amma davam edəcəklərsə, olsun, onlara nəsə demək fikrimiz yoxdur. Milli Şuranın 26 yanvar mitinqinə icazə verilməməsinin bizə heç bir aidiyyəti yoxdur. Onların bəzilərinin hərəkətləri ona yönəlib ki, ümumiyyətlə, heç kəsə mitinq üçün icazə verilməsin. Onlar bununla hakimiyyətin əlinə bəhanə verirlər”. Qeyd edək ki, bu fikirlərin səslənməsinə səbəb də komitənin 16 fevrala mitinq təyin etməsinin həmən ardından MŞ-nin aksiya keçirmək üçün yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyi yönündə xəbərlərin yayılmasıdır. Milli Şuranın üzvü, ADR Hərəkatının sədr müavini Ədalət Yusibov “Yeni Müsavat”a açıqlamasında QAT sədrinə sərt cavab verdi: “Tamamilə əsassız iddialardır. Bu iddialar Akif bəyin leksikonunda, ümumiyyətlə, yersiz səslənir. Çünki onun özünün sizin qəzetinizə verdiyi müsahibəsində Qarabağ Komitəsinin tələbləri və mitinq şüarları sırasında hər hansı bir siyasi məzmun kəsb edən fikir və məqsədin olmadığı bildirilir. Həmin facebook üzərindən mənim etdiyim siyasi məzmunlu dəstək çağırışımı təxribat adlandırmışdı. Milli Şuranın tələbləri isə tam siyasi xarakter daşıyır. Gördüyünüz kimi, Akif bəyin məntiqinə tapınsaq, bu iki qurumun fəaliyyət müstəviləri xarakterlərinə görə tamamilə fərqlidir. Belə olan halda hansı mitinq yarışından söhbət gedə bilər. Bu fikirlər müxalifət düşərgəsində zəif də olsa yaranmış birlik meyllərinə ciddi ziyan vura bilər. Odur ki, belə fikirlər səsləndirəndə daha məsuliyyətli olmaq gərəkdir. Qarabağ Komitəsinin məram və məqsədlərinə şəxsən mənim yanaşmam Akif bəydən fərqli olaraq tam başqadır və Qarabağ məsələsini hər bir Azərbaycan vətəndaşının problemi hesab edirəm. Məlumat üçün bildirirəm ki, ADR Hərəkatı Qarabağ Komitəsində nümayəndə ilə təmsil olunur və Qarabağ problemini Azərbaycanın ən böyük siyasi problemləri içərisində birinci sırada görür. İndiki məqamda siyasi qüvvələrin, vətəndaş cəmiyyətinin daha çox yaxınlaşmasına ehtiyac və ictimai tələbat var. Qarabağ adına həsr olunmuş istənilən mitinqdə cəmiyyətin daha geniş tərkibdə iştirakına ehtiyac duyulur. Belə yersiz iddialar və fikirlər mitinq iştirakçılarının tərkibini siyasi mənsubiyyətə görə çərçivəyə sala bilər ki, bu da düşünürəm ki, daha çox hakimiyyətin maraqlarına uyğun olar”. Cavanşir ABBASLI, “Yeni Müsavat”

Əvvəlki yazı

Bakıdan yeni həmlə, Paşinyandan acı etiraf: “Boru xətləri Ermənistandan keçsəydi…”

Sonrakı yazı

Cahangir Hacıyevə qarşı ittihamları gücləndirən London korrupsiyası

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.