24-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Zaur Axundov elə adlar çəkib ki…” – şok detallar

05 Oktyabr 2018, 12:19
Seçmə, Araşdırma
A A
“Zaur Axundov elə adlar çəkib ki…” – şok detallar

“Yazıb Sizə bildirmək istəyirəm ki, “Silk Way Holding” MMC-nin rəhbərliyi, bu yaxınlara qədər şirkətin prezidenti işləmiş Zaur Axundov tərəfindən 8 ildir ki, haqsızlığa, qanunsuzluğa məruz qalmışıq

Zaur Axundov bizim firma ilə “Silk Way Holding” MMC-nin strukturuna daxil olan şirkət arasında bağlanmış müqaviləni heç bir səbəb olmadan, əvvəlcədən xəbərdarlıq etmədən, tamamilə qanunsuz olaraq pozmuş, bununla da ailəmizə ağır maddi və mənəvi ziyan vurmuşdur”. Bu fikirlər “Məhəmmədəli” firmasının direktoru Ağamalı Baxşəliyevin həyat yoldaşı Zəminə Baxşəliyeva tərəfindən ünvanlanmış şikayət məktubundan götürülüb.

İndiyədək müəyyən səbəblərdən şikayətlərini ictimailəşdirməyən Baxşəliyevlər ailəsi bu yaxınlarda “azpolitika.info”da Zaur Axundovun “Silk Way Holding” MMC-nin rəhbərliyindən uzaqlaşdırılması, fəaliyyətinin araşdırılması haqqında məlumatı oxuduqdan sonra saytımıza üz tutmaq qərarına gəliblər. Bununla Zaur Axundovun “qanunsuz əməlləri” barədə ölkə rəhbərliyini məlumatlandırmaq, hüquqlarının bərpa olunmasına nail olmaq istəyirlər.

Zəminə Baxşəliyevanın sözlərinə görə, əvvəllər Ukraynada yaşayıblar. Həyat yoldaşı Ağamalı Baxşəliyev orada mühəndis işləyib. Vaxtilə mərhum Prezident Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlı mütəxəssisləri ölkəyə dəvət etməsindən sonra 1997-ci ildə Azərbaycana gəliblər: “Azərbaycana qayıtdıqdan sonra burda sahibkarlıqla məşğul olmaq üçün şirkət qurdu. Həyat yoldaşımın qurduğu “Məhəmmədəli” firması 14.01.1998-ci il tarixində Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Üzrə Bakı Bölgə Şöbəsində 521 saylı şəhadətnamə ilə qeydiyyata alındı. Həmin vaxta qədər Bakıdakı aeroportda ölkədən çıxarılan bağlamalar, əşyalar kağızla üzlənilirdi. Həyat yoldaşım bu işin Avropa standartlarına uyğun şəkildə qurulmasını təmin etməyi qərara aldı. Bu məqsədlə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovla görüşərək öz ideyasını ona bildirdi. Onun razılığını aldıqdan sonra bu işi həyata keçirmək üçün hər birinin dəyəri 85 min dollar olan avadanlıqları alaraq, Bakıya gətirdi. Əlavə olaraq da hər birinin daşınıb, quraşdırılmasına 10 min dollar xərclədi.

Həyat yoldaşımın yaratdığı firma ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL” QSC) arasında bağlanmış müqavilə əsasında Heydər Əliyev Beynəlxaq Aeroportunda fəaliyyət göstərməyə başladıq. 10 ildən artıq heç bir problemsiz fəaliyyət göstərdik. Sonra isə yeni bir qurum – “Silk Way Holding” MMC yaradıldı. “AZAL” QSC-yə aid bir çox xidmətlər kimi Heydər Əliyev Beynəlxalq Aeroportunda bağlamaların, əşyaların üzlənməsi, bükülməsi xidməti də “Silk Way Holding” MMC-yə verildi. Holdinq ilə bizim firma arasında 10.02.2008-ci il tarixdə müqavilə bağlandı. Aerovağzal Kompleksinin “Cənub” terminalının ikinci mərtəbəsində 2 kv.m. və “Şimal” terminalının ikinci mərtəbəsində 2 kv.m. və Yerli Hava Xəttləri Terminalında 2 kv.m. yüklərin və əl çantalarının üzlənməsi üşün bükücü aparatlara yer ayırdılar. Firmamız da özünə məxsus olan avadanlıqlarla bu işi Avropa standartlarına uyğun şəkildə təşkil etdi.

Fəaliyyət göstərdiyimiz dövr ərzində həm AZAL, həm “Silk Way Holding” MMC, həm də büdcə qarşısında öhdəliklərimizi tam şəkildə yerinə yetirmişik, heç bir zaman qeyri-qanuni fəaliyyətə yol verməmişik.

Ancaq buna baxmayaraq heç bir il keçməmiş, yəni müqavilənin müddəti bitməmiş “Silk Way Holding” MMC bizimlə əməkdaşlığa xitam verdi. Bunun səbəbini öyrəndikdə, Zaur Axundovun belə istədiyini dedilər. Gecə ilə bizi aeroportdan uzaqlaşdırdılar. Sonra da avadanlıqlarımızı çıxardılar.

Həyat yoldaşım bunun səbəbini öyrənmək üçün Zaur Axundovla görüşdü. O, heç bir izahat verməyərək, hər hansı səbəb göstərməyərək, sadəcə belə məsləhət olduğunu söyləyib. Üstəlik də “hara istəyirsən şikayət et” deyərək, heç kimdən çəkinmədiyini nümayiş etdirib.

O vaxtan bu günədək həyat yoldaşım işsiz qalıb. Dəfələrlə həm AZAL rəhbərliyinə, həm “Silk Way Holding” MMC-yə müraciət etsə də, müsbət cavab ala bilməyib. Bizə qarşı yol verilmiş qanunsuzluğa görə heç bir tədbir görülməyib”.

Z.Baxşəliyevanın sözlərinə görə, məhkəməyə müraciət etməmələrinin səbəbi Zaur Axundovun bu məsələdə bəzi hörmətli şəxslərin adını hallandırması olub: “O, elə adlar çəkirdi ki, biz məhkəməyə müraciət etməkdən çəkindik. Ancaq indi düşünürük ki, o, bunu qəsdən edib. Sadəcə bizi bu işdən kənarlaşdırmaq üçün kimlərinsə adından istifadə edib”.

Z. Baxşəliyevanın sözlərinə görə, ötən müddət ərzində qarşılaşdıqları qanunsuzluğu ölkə rəhbərliyinin də diqqətinə çatdırmağa çalışıblar: “8 il ərzində dəfələrlə möhtərəm Prezident İlham Əliyevə, I vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət etmişik. Ancaq heç bir cavab almamışıq. Düşünürəm ki, müraciətlərimiz Prezidentimizə, I vitse-Prezident Mehriban xanım Əliyevaya çatdırılmır. Buna görə də Sizin saytınız vasitəsilə səsimizi ölkə rəhbərliyinə çatdırmaq istəyirik. Çünki artıq çox çətin vəziyyətlə üzləşmişik. Möhtərəm ölkə başçısının, hörmətli Mehriban xanımın diqqətinə çatdırmaq istəyirəm ki, 3 övladımız var. Uşaqlara görə mən də uzun illərdir ki, işləmirəm. Ailəmizin bütün yükü həyat yoldaşımın üzərindədir. Həyat yolaşımı isə Zaur Axundov artıq 8 ildir işsiz qoyub. Bu da bizim tam müflis olmağımıza gətirib çıxarıb.

Həyat yoldaşımın hər birinə 95 min dollar xərclədiyi avadanlıqlar dəyərsiz əşya kimi kənara atılıb. İşlədilmədiyindən xarab olub gedir. Bu avadanlıqlardan yalnız aeroportda istifadə etmək mümkündür. Həyat yoldaşım da bütün vəsaitini, hətta evlərimizi sataraq əldə etdiyi pulları əvvəlcə AZAL rəhbərliyi, sonra isə “Silk Way Holding” MMC ilə bağladığı müqaviləyə inanaraq bu avadanlıqlara yatırıb.Qanunsuz olaraq aeroportdan çıxarıldıqdan sonra, bu avadanlıqlarla hər hansı bir iş görmək mümkün olmadığından, tamamilə müflis olmuşuq. Hətta uşaqlarımızı normal böyütmək üçün hal-hazırda əlimdə heç bir imkanım yoxdur. Ailəmizdə heç kim işləmir, bu hadisələrdən sonra həyat yoldaşım ürək xəstəliyi tapıb, maddi durumumuz həddən artıq ağırdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev, hörmətli Mehriban xanım iş adamlarına hər zaman böyük dəstək olublar. Hər bir iş adamının ailəsi bunu bilir. Ona görə də biz Prezidentimizdən və Mehriban xanımdan kömək istəyirik.

“Silk Way Holding” MMC-nin keçmiş rəhbəri Zaur Axundovun qanunsuz qərarının ləğv olunmasını, həyat yoldaşımın avadanlıqları yenidən xidmət göstərmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşdirməsi üçün yer ayrılmasına göstəriş vermələrini xahiş edirik”.

Xatırladaq ki, bu yaxınlarda “Silk Way Holding” MMC-nin prezidenti Zaur Axundov vəzifəsindən azad edilib. Bu haqda daxil olan məlumatda bildirilirdi ki, “Silk Way Holding” MMC-nin prezidenti vəzifəsi hələlik Zaur Axundovun müavininə tapşırılıb.

Cahangir Əsgərovun ailə şirkəti olan “Silk Way Holding” MMC-nin rəhbərliyindən Zaur Axundovu uzaqlaşdırmasının səbəbi kimi isə holdinqin fəaliyyəti üçün Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılmasında çox ciddi problemlərin yaranması göstərilir.Belə ki, “Silk Way Holding” qurulduqdan sonra Beynəlxalq Bankdan 400 milyon dollar kredit götürülüb. Ancaq kredit bu günə qədər qaytarılmayıb. Ehtimal olunur ki, Beynəlxalq Bankdan verilən digər iri həcmli kreditlərdə olduğu kimi, burda da ortada girov olmadığından, şirkət kreditləri qaytarmağa maraq göstərməyib. Ancaq Prezidentin fərmanı ilə Beynəlxalq Bankın problemli kreditlərinin “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinə dövr edilməsi və onun rəhbərinə istənilən vasitə ilə pulların yığılmasını tapşırması vəziyyəti dəyişib.

Məlumata görə, hazırda Cahangir Əsgərovdan Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılması tələb olunur. Lakin çox ciddi nağd pul problemi üzündən C.Əsgərov bu tələbi yerinə yetirə bilmir. Elə Cahangir Əsgərovun da buna görə, yəni Beynəlxalq Bankdan götürülən kreditlərin qaytarılmamasının məsuliyyətini “Silk Way Holding”in rəhbərliyinin üzərinə qoymaq üçün Zaur Axundovu vəzifəsindən azad etdiyi bildirilir. Hətta inandırıcı olsun deyə AZAL prezidentinin “Silk Way Holding”də təftiş başlatdığı da qeyd olunur.

Onu da qeyd edək ki, “Silk Way Holding” MMC-nin krediti qaytarmaması heç də maliyə problemləri ilə bağlı deyil. Təkcə karqo daşınmalardan – xarici ticari əməliyyatlardan Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülür. Rəsmi statistikaya əsasən, hava nəqliyyatında daşımalardan 2016-cı ildə 2 milyardan artıq, 2017-ci ildə isə 2 milyard 200 milyon manatdan artıq gəlir götürülüb. Bu vəsaitlərin əhəmiyyətli hssəsi isə məhz «Silk Way Holdinq»in büdcəsinə yönəldilib. Holdinqin tərkibindəki digər şirkətlərin də gəliri 10 milyonlarla ölçülür…

Şikayətdə göstərilənlərlə bağlı həm “Silk Way Holding” MMC-nin, həmdə Zaur Axundovun mövqeyini işıqlandırmağa hazırıq.

Əvvəlki yazı

Bakı sakini bacısının 10 günlük körpəsini 350 manata satıb

Sonrakı yazı

“SOCAR Polymer”in Polipropilen Zavodu ixraca başlayır

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.