Reportyor.info “Joqovurd”a istinadla xəbər verir ki, şahidlərin demək olar ki, hamısı dindirilib və yaxın günlərdə generalın məhkəməsi başlayacaq.
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) general Movses Akopyana qarşı dövlət sirrini yayma faktı ilə bağlı cinayət işi açıb. General 44 günlük müharibənin gedişi zamanı bir sıra açıqlamalar verməklə qalmaqal yaratmışdı.
Cinayət işi əvvəlcə hakim Vaçe Marqaryana verilib, amma o, bundan imtina edib. Marqaryan bildirib ki, əvvəllər Movses Akopyanın əsgəri olduğundan onu mühakimə etmək istəmir. Nəticədə iş hakim Manvel Şahverdyanın icraatına verilib.