Qaxda 49 yaşlı kişi özünü toyuq hinindən asaraq intihar edib.
“Reportyor.info”nun məlumatına görə, hadisə rayonun Marsan kəndində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü Kazımov Məhəmməd Kazım oglu özünü həyətindəki toyuq hinindən asaraq intihar edib.
M.Kazımovun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Faktla baglı araşdlrma aparılır.