03-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

RUSİYANIN PARÇALANMASININ İDARƏ EDİLMƏSİ– “Bu ölkə güman ediləndən də zəifdir”

18 Yanvar 2019, 13:51
Manşet
A A
RUSİYANIN PARÇALANMASININ İDARƏ EDİLMƏSİ– “Bu ölkə güman ediləndən də zəifdir”

Rusiyanın Ukraynaya davam edən hücumları və Qərb ölkələrində apardığı inadkar təxribatçılıq fəaliyyətləri onu göstərir ki, Vaşinqton və Brüssel Moskvanın imperiya səylərini cilovlaya bilməyib.
Məhdud sayda sanksiyalar Kremldə Qərbin zəifliyi barəsindəki mövcud təsəvvürləri gücləndirir. Rusiya güman ediləndən də zəifdir, Qərb isə təsvir olunduğundan daha güclüdr. Putin rejimi altındakı bu ölkə formalaşan demokratiyadan dayanıqsız avtoritarizmə keçid edib.
Rusiyanın çökməsinə səbəb ola biləcək və onun dağılmasından sonra meydana çıxacaq nəticələrin öhdəsindən gəlmək üçün Qərbə yeni strategiya lazımdır.
Hərçənd, Moskva qlobal rəqabət qabiliyyətli səviyyəyə çıxmaq üçün öz iqtisadiyyatını modernləşdirə bilməyib, amma Kreml dezinformasiyanın köməyi ilə Rusiyanın heç bir sahədə Amerikadan geri qalmayan güclü bir dövlət kimi təqdim olunması məsələsində nailiyyət əldə edə bilib.
Əsl həqiqətdə isə Rusiya çökmək həddindədir və bu ölkə özünün gücsüzlüyünü digər dövlətlərə təcavüz etməklə maskalayır. Rusiya iqtisadiyyatı durğun vəziyyətdədir. Dünya Bankının 2017-ci ildəki məlumatına əsasən adam başına düşən Ümumi Daxili Məhsulun (ÜDM) həcminə görə Rusiya 62-ci yerdə gedir.
Hətta Rusiyanın müdafiə büdcəsi də azalır və Amerikan hərbi büdcəsinin 10%-nə ancaq çatır. Enerji resurslarının qiymətinin aşağı düşməsinə görə infrastruktur deqradasiyaya uğrayıb, korrupsiya tüğyan edir və Qərbin maliyyə sanksiyaları üzündən dövlət gəlirləri azalır, həyat səviyyəsi aşağı düşür. Bütün bunlar cəmiyyətdəki münaqişələri gücləndirir, regional narazılıqları artırır.
Rusiyanın dağılmağa yaxın olmasını ortaya qoymaq üçün təkcə iqtisadi göstəricilərin yetərsiz olmasını söyləmək kifayət etmir. Amma sosial, etnik və regional narazılıqların güclənməsi onu göstərir ki, ölkənin parçalara ayrılması yaxınlaşır.
Rusiya güclü etnik və bəzi regionların özünəməxsusluq xüsusiyyətindən çıxa bilməyib. Çar və sovet irsinə görə Rusiya imperiya olaraq qalır.
Nəhəng Rusiya Federasiyası 85 subyektdən ibarətdir və onlardan 22-si rusların az yaşadığı respublikalardır. Bu respublikalar Şimalı Qafqazda və Volqaboyunda yerləşirlər. Bundan başqa çoxsaylı özünəməxsus xüsusiyyətə malik regionlar vardır ki, onlar Moskva ilə daha çox məsafə saxlayırlar.

Moskva regionların mərkəzdən hədsiz asılılığını ortadan qaldırmaq kursu tutmaq əvəzinə onların muxtariyyətini zəiflədir. Buna nümunə kimi “ruslaşdırmanı” irəliyə çəkmək üçün nəzərdə tutulmuş dil haqında yeni qanunu və həmçinin də, bir sıra regionların ləğvi və birləşdirilməsi planını göstərmək olar.
Təzyiq bütün ölkə üzrə artır. Kreml tərəfindən təyin olunan yerli qubernatorlar və Moskvanın regional resursları mənimsəməsi federativ subyektlərdəki ümumi narazılığı gücləndirir. Əslində isə, əgər, məsələn, Moskva faydalı qazıntılarla zəngin olan Uzaq Şərqdəki Saxa və Maqadan vilayətləri kimi regionları istismar etməsə, onda onlar tamamilə uğurlu müstəqil dövlətlər ola bilərlər.
Yeni dövlətlər federal büdcəsi kəskin azalan Moskvadan asılı olmadan qonşu ölkələrlə daha sıx iqtisadi və siyasi əlaqələrin qurulmasından fayda götürərlər.Tökülüb dağılan infrastruktur ona gətirib çıxarıb ki, Sibir əhalisi və Rusiyanın uzaq şərqi Moskvadan daha çox uzaqlaşır, bu isə nəticədə mərkəzdən ayrılma və suverenitet tələblərini gücləndirəcək.
Yaranacaq belə bir vəziyyətdə Qərbin hadisələrə müdaxiləsi vacibdir. Vaşinqton Sovet İttifaqının dağılması zamanı tətbiq etdiyi metodlara qayıtmalıdır. Bunun üçün o demokratiyanı, plüralizmi, azlıqların hüququnu, əsl federalizmi, mərkəzsizləşməni və Rusiyanın müxtəlif regionlarının, etnik qruplarının öz müqəddəratını müyyən etməsini dəstəkləməlidir.
Moskva Avropa Birliyini və NATO-nu parçalamaq məqsədiylə Avropadakı millətçi və separatçı partiyaları dəstəklədiyi bir vaxtda, Vaşinqton Rusiya Federasiyasının daxilində regional, etnik və öz müqəddaratının həll ediməsi məsələsində yardımçı olmalıdır. Bu Moskvanın dağıdıcı əməllərinə qarşı Qərbin lazımı qaydada reaksiya vermək qabiliyyətini göstərmək baxımından güclü siqnal olacaq.
Rusiya Federasiyasının dağılmasının faydalı olması sübutları məntiqlə izah edilməlidir. Rusiyanın yaşaması və həyatda qalması üçün federal demokratiya və güclü iqtisadiyyat vacibdir. Hal-hazırda demokratiya üfüqdə belə görünmür, iqtisadi şərtlər pisləşdikcə federal strukturlar daha idarəedilməz hal alacaq.
Parçalanma prosesini idarə etməkdən və dövlət sərhəddini aşa biləcək münaqişələrin ehtimalını azaltmaqdan ötrü, Qərb Rusiyanın müxtəlif regionlarıyla əlaqələr qurmalı və onların sülh yoluyla dövlət yaratmalarını dəstəkləməlidir.
Rusiyanın parçalara ayrılması nəticəsində baş verəcək hadisələrlə əlaqədar NATO-nun yarana biləcək təhlükələri və əlverişli imkanları görməsi, xüsusi şərtlərə və qeyri-adi vəziyyətlərə hazırlaşması gərəkdir. Xüsusən də Moskvanın avropalı qonşularını qorxulu ssenarilərdən qorumaq üçün lazımı təhlükəsizlik tədbirləri görülməlidir.
Rusiyanın bəzi regionları Finlandiya, Ukrayna, Çin və Yaponiya kimi dövlətlərlə birləşə bilər, çünki Moskva bu əraziləri keçmişdə həmin ölkələrdən zorla alıb. Şimalı Qafqaz, Volqaboyu, Sibir və Uzaq Şərq respublikaları Çin, Yaponiya, ABŞ və Avropa ilə əlaqələr quraraq tamamilə müstəqil dövlətlərə çevrilə bilərlər.
Rusiyanın parçalanmasına diqqət ayrılmaması Qərbin maraqlarına böyük hesabla ziyan vuracaq. Qəfil yarana biləcək geosiyasi sarsıntılardan və mümkün hərbi toqquşmalardan qaçmaq üçün Vaşinqton parçalanmanın dinc xarakter almasını nəzarətə götürməli və yeni yaranacaq ölkələrlə əlaqəyə girib onlara yardım etməlidir.
Sovet İttifaqının gözlənilməz çöküşü transformasiyaların baş verməsinin Kremlin dezinformasiya kampaniyasından asılı olmayaraq getdiyini göstərib və bu, indiki halda gələcək üçün yaxşı dərs olmalıdır.
(“The Hill”-ABŞ)

Əvvəlki yazı

Hafiz Hacıyevdən xanım jurnalistə təzyiqə sərt reaksiya: “Axırı Yediyarov kimi olacaq”

Sonrakı yazı

Mübariz Mənsimov Azərbaycan hakimiyyətinə meydan oxudu: “…üzərimə topla gəlsəniz,..”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.