“Bu gün ölkədə harın məmurların iç üzünü göstərən xanım jurnalistə polisin qarşısında əl qaldırılırsa, heç yaxşı hal deyil”,bu birbaşa Azərbaycan polisinə əl qaldırmaq deməkdir.Bu sözləri Reportyor.info-ya Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev jurnalist Arifə Əliyevaya nəşriyyatın binasında Əli adlı şəxs tərəfindən hücum olunması ilə bağlı danışarkən deyib. Partiya sədri bildirib ki, bu hal Azərbaycan nəşriyyatında baş verirsə, ikiqat yolverilməz hadisədir: “Gədəbəyin keçmiş icra başçısı Ramiz Yediyarovun əməllərini elə Prezident seçkiləri zaman canlı debatlarda onun rayonda sahibkarları necə incitdiyini medya vasitəsilə Cənab Prezidentin diqqətinə mən çatdırmışam. İndi Gədəbəy təhsil şöbəsi müdiri görün nə qədər harınlayıb ki, nəşriyyata “killer” göndərir. Yəqin o da qorxur ki, axırı Yediyarov kimi olacaq”.
H.Hacıyev qeyd edib ki, kiçik qudurğan məmurlar belə işlər edirlər və prezidentin qəzəbindən qorxmalıdırlar: “Onlar yığıb oğurladıqları pulları yeyə bilməyəcəkləri üçün qorxurlar. Hazırda səhhətimlə əlaqədar ölkədə deyiləm, qayıdan kimi xanım jurnalistə hücum olunması ilə bağlı Prezident Administrasiyasına müraciət edəcəyəm. Eyni zamanda təhsil nazirinə də müraciət edəcəyəm”. Qeyd edək ki, Gədəbəyin keçmiş icra başçısı Ramiz Yediyarovla bağlı gedən yazıya görə 3 gündür hədə-qorxu, təhqirlə üzləşən Reportyor.info-nun baş redaktoru Arifə Əliyevaya hücum olub. Xanım jurnalistə bildirb ki, ona zəng edərək yazının silinməsi tələb olunurdu və əks halda küçədə öldürəcəkləri ilə hədələyirdilər.
REPORTYOR.info