“Güclü qadınam, amma hər dəfə Zaur Baxşəliyeva deyirəm ki, məni “Bizimləsən” proqramına çağırma. Bütün dərtlərim yadıma düşür, insanların halına yanıram. Eyni zamanda da Zaurun dərdini çəkirəm”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “Zaurla Günaydın” proqramında deyib. Sənətçi bildirib ki, “Bizimləsən” proqramına qatılmaq istəmir:
“Gördüklərimə görə güclüyəm. Ordan çıxandan sonra Zaurda deyir ki, elə bil səni öldürüblər. O proqramda oturmaqdan ötrü adamda ürək lazımdır”.