Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Araşdırma

Zorlamanın norma olduğu qadın əsir düşərgəsi – faşistlər burada hər növ işgəncə növləri tətbiq ediblər

2019-06-06
in Araşdırma
A A
0
Zorlamanın norma olduğu qadın əsir düşərgəsi – faşistlər burada hər növ işgəncə növləri tətbiq ediblər
23
SHARES
54
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

337 sayl hərbi əsir düşərgəsi… 1941-ci ilin sentyabrında Belarusiyanın Borodoviçi şəhərindən 22 kilometr aralıda almanların saldığı bu düşərgə müqayisəsi olmayan dəhşətləri, işgəncələri ilə tarixə düşüb…

Xüsusilə sanitar, tibb bacısı və hərbi rütbəli qadınlar bu düşərgəyə düşəndə, elə ilk andaca özlərini öldürməyə cəhd ediblər. Çünki cəhənnəmi xatırladan bu məkanda onları nə gözlədiyini yaxşı biliblər. Ancaq nasistlər onların bu “xoşbəxtliyə” nail olmasına da mane olublar.

Bu düşərgədə yüksəklinli alman zabitlərinə əsir qadınlarla intim əlaqədə olmağa qadağa qoyulub. Sıravilər isə bu məsələdə nisbətən sərbəst olublar. Elə vaxt olub ki, bütöv bir növbənin bütün əməkdaşları bir əsir qadından ölənə qədər “istifadə” ediblər. Bu azmış kimi, zorlanmaqdan ölən qadının meyiti sonra güllələnib.

Düşərgədə məhkumların öldürülməsində qaz kameralarında boğma, xüsusi sobalarda diri-diri yandırma, iynə ilə zəhərləmə halları geniş yayılıb.

Aclığın hökm sürdüyü bu düşərgədə əsirlərdən qul kimi istifadə olunub. Meşədə ağac kəsmək, odun daşımaq, tikinti və bu kimi digər ağır işlərdə əsirlərdən texnika kimi istifadə olunub.

Ən ağır işgəncə qış fəslində qadın və kişiləri eyni vaxtda, eyni ərazidə tamam lüt soyunduraraq şaxtalı havada uzun müddət çöldə saxlamaqdan ibarət olub.

Bu düşərgədə əsirlərin saxlanılma şəraiti insanlıq normalarından qat-qat aşağı olub. Hətta təbii ehtiyaclarının ödənilməsinə şərait yaradılmayıb, 200 əsir bir tualetdən istifadə etmək məcburiyyətində qalıb, gün ərzində ən yaxşı halda hər bir nəfərə 125 qram çörək verilib, məhkumlar heç bir səbəb olmadan döyülüb və təhqir olunublar.

Nasistlərə müqavimət göstərənlər düşərgənin mərkəzində asılaraq edam olunub və günlərlə saxlanılıb. Bununla da digər məhkumlara müqavimətinin mənasız olduğu başa salınıb.

Dəhşətli faktlardan biri də odur ki, əsirlərdən kimyəvi preparatların sınaqdan keçirilməsi üçün də istifadə edilib. Belə ki, müxtəlif kimyəvi maddələr əsirlərə yeridilib və nəticələrinə görə təsiri və təyinatları müəyyənləşdirilib.

Qadınlara verilən işgəncələrin sırasında insan ağlına sığmayan daha bir işgəncə, onların intim yerlərinə acı bibər yeridilməsi olub. Müqavimət göstərən qadınlar isə cəza növü olaraq 15-20 nəfər tərəfindən cinsi zorakılığa məruz qalıb.

Düşərgədən təsadüf nəticəsində sağ çıxa bilən tibb bacısı Serafima Şimko sonra yazdığı xatirələrdə düşərgə haqqında dəhşətli faktlar açıqlayıb:

“13 mart 1942-ci ildə bizi düşərgəyə gətirdilər. Bizi qazılmış böyük bir çalanın qarşısına düzdülər. Aramızda 19 nəfər uşaq var idi. 8 aylıqdan tutumuş 7 yaşına qədər. Robert adlı alman zabiti uşaqları çalanın kənarına düzməyi əmr etdi. Böyükləri bir-bir güllələməyə başladılar, sonra uşaqları süngülərə keçirib çalaya atdılar, əsir kişiləri məcbur etdilər ki, çalanı torpaqla doldursunlar. Kim əmrə tabe olmurdusa, yerindəcə güllələyirdilər. Məni isə cavan və yaraşıqlı olmağıma “bağışladılar”, onlara lazım olacaqdım. Bəli, mən təsadüf nəticəsində sağ qalmışdım…”

Əsirlikdə olan hərbi həkim Stepan Savçenko isə düşərgədəki dəhşətləri belə xatırlayıb:

“Şərait dözülməz idi. Heç bir tibbi yardımdan söhbət gedə bilməzdi. Əksinə, nasistlər yoluxucu xəstəliklərin yayılması üçün çalışırdılar. Alman zabitlərinin özləri azmış kimi, arvadları da işgəncə verməyə böyük həvəslə girişirdilər. Onlar əsir kişiləri təhqir edir, onları bir-biri ilə intim əlaqəyə girməyə məcbur edir, dəmir parçalarını qızdıraraq onların cinsi orqanlarına pərcim edirdilər. Bu qadınlar kef məclislərində əsir düşmüş qadınlara yüksək dozada “ehtiras” tabletləri içirdirdilər, sonra isə onların gözləri qarşısında kişilərlə cinsi əlaqəyə girərək onlara acıq verirdilər. Ən dəhşətlisi o idi ki, onlar hər gün yeni işgəncə metodları kəşf edirdilər…”

Mövcud olduğu iki il ərzində 337 saylı hərbi əsir düşərgəsində 50 min nəfərə yaxın insan müxtəlif işgəncə vasitələri və güllələnmə ilə həyatını itirib. Sutka ərzində düşərgədə 500-700 nəfərin vəhşicəsinə qətlə yetirilməsi norma sayılıb.
Düşərgənin rəisi olan Yaroş soyadlı alman isə müharibədən sonra tribunalın hökmü ilə güllələnib.

Hazırda bu düşərgənin yerində xatirə kompleksi abidəsi ucaldılıb. Həmçinin Borodoviçi alman işğalçılarından azad edərkən həlak olmuş 538 nəfər sovet döyüşçüsünün məzarlığı da bu kompleksdədir.

Share23TweetSendSendShareScan
Bizim Video
Previous Post

ELDAR NAMAZOV DA MÜHARİBƏYƏ ÇAĞIRIŞ ETDİ:”Tərəddüd etsək, bizi Naxçıvanı itirməmək haqqında düşünməyə məcbur edəcəklər” – MÜSAHİBƏ

Next Post

Cərimələrin ödənilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi

Next Post
Cərimələrin ödənilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi

Cərimələrin ödənilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi

Deputat yenə erməni əsgərinin əyilməsindən danışdı

Deputat yenə erməni əsgərinin əyilməsindən danışdı

Mariya Zaxarova Bakıda keçirilmiş futbol oyununu qiymәtlәndirib

Mariya Zaxarova Bakıda keçirilmiş futbol oyununu qiymәtlәndirib

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

Xırdalanda “Jest dilində vətən və vətənpərvərlik mövzusu” layihəsinin yekun tədbiri keçirilib

Xırdalanda “Jest dilində vətən və vətənpərvərlik mövzusu” layihəsinin yekun tədbiri keçirilib

2022-05-21
Sabiq nazirin səhhəti pisləşdi, müalicə müəssisəsinə köçürüldü

Sabiq nazirin səhhəti pisləşdi, müalicə müəssisəsinə köçürüldü

2022-05-21
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

2022-05-21
Kəlbəcər istiqamətində atəşkəs yenidən pozuldu

Kəlbəcər istiqamətində atəşkəs yenidən pozuldu

2022-05-21
Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi

Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi

2022-05-21
Bakı Nəqliyyat Agentliyi Prezidentin açdığı mərkəzi şirniyyat dükanına çevirir

Bakı Nəqliyyat Agentliyi Prezidentin açdığı mərkəzi şirniyyat dükanına çevirir

2022-05-21
Azərbaycana may ayında qar yağdı – FOTO/VİDEO

Azərbaycana may ayında qar yağdı – FOTO/VİDEO

2022-05-21
Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

2022-05-21
Daha 12 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Daha 12 nəfər koronavirusa yoluxub, ölən olmayıb

2022-05-20
Abşeronda Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilib

Abşeronda Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilib

2022-05-20
Prezident Gündüz Kərimovu sədr təyin etdi – SƏRƏNCAM

Prezident Gündüz Kərimovu sədr təyin etdi – SƏRƏNCAM

2022-05-20
Azərbaycan artıq donor ölkəsinə çevrilib

Azərbaycan artıq donor ölkəsinə çevrilib

2022-05-20
Fuad Muradov və Diaspor Komitəsi tənqid atəşinə tutuldu

Fuad Muradov və Diaspor Komitəsi tənqid atəşinə tutuldu

2022-05-20
Milli Müdafiə Universiteti yaradıldı – RƏSMİ

Milli Müdafiə Universiteti yaradıldı – RƏSMİ

2022-05-20
“Meymun çiçəyi” virusu epidemiyaya çecvrilə bilər

“Meymun çiçəyi” virusu epidemiyaya çecvrilə bilər

2022-05-20
Paşinyan erməniləri qonşularla sülhə ÇAĞIRDI

Paşinyan erməniləri qonşularla sülhə ÇAĞIRDI

2022-05-20
Mətbuat Şurası Qadir İbrahimli ilə bağlı nekroloq yaydı

Mətbuat Şurası Qadir İbrahimli ilə bağlı nekroloq yaydı

2022-05-20
DTX-dən ƏMƏLİYYAT: “Azəri Camaatı”nın üzvü həbs olundu

DTX-dən ƏMƏLİYYAT: “Azəri Camaatı”nın üzvü həbs olundu

2022-05-20
Ruslar rəisi girov götürdü, işçiləri ayağa qalxdı

Ruslar rəisi girov götürdü, işçiləri ayağa qalxdı

2022-05-20
Ukrayna Belarusla sərhəddə beton bloklar tikir

Ukrayna Belarusla sərhəddə beton bloklar tikir

2022-05-20

Seçmə

  • Bütün
  • SEÇMƏ
Kəlbəcər istiqamətində atəşkəs yenidən pozuldu
Manşet

Kəlbəcər istiqamətində atəşkəs yenidən pozuldu

2022-05-21
Bakı Nəqliyyat Agentliyi Prezidentin açdığı mərkəzi şirniyyat dükanına çevirir
Cəmiyyət

Bakı Nəqliyyat Agentliyi Prezidentin açdığı mərkəzi şirniyyat dükanına çevirir

2022-05-21
Milli Müdafiə Universiteti yaradıldı – RƏSMİ
SEÇMƏ

Milli Müdafiə Universiteti yaradıldı – RƏSMİ

2022-05-20
Ruslar rəisi girov götürdü, işçiləri ayağa qalxdı
SEÇMƏ

Ruslar rəisi girov götürdü, işçiləri ayağa qalxdı

2022-05-20
İran sərhədçiləri Azərbaycan vətəndaşını öldürüb
Manşet

İran sərhədçiləri Azərbaycan vətəndaşını öldürüb

2022-05-19
Qadir İbrahimli reanimasiyaya yerləşdirilib
SEÇMƏ

Qadir İbrahimli reanimasiyaya yerləşdirilib

2022-05-19
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

Xırdalanda “Jest dilində vətən və vətənpərvərlik mövzusu” layihəsinin yekun tədbiri keçirilib

Xırdalanda “Jest dilində vətən və vətənpərvərlik mövzusu” layihəsinin yekun tədbiri keçirilib

2022-05-21
Sabiq nazirin səhhəti pisləşdi, müalicə müəssisəsinə köçürüldü

Sabiq nazirin səhhəti pisləşdi, müalicə müəssisəsinə köçürüldü

2022-05-21

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.