13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ziya Məmmədovun “partlatsınlar” dediyi hoteli dağıtdılar

11 Fevral 2019, 08:53
Gündəm
A A
Ziya Məmmədovun “partlatsınlar” dediyi hoteli dağıtdılar

İddiaya görə, hələ Anar Məmmədov ölkəni tərk etmək ərəfəsində olanda indi sökülən “Delfin” hotel ondan alınıbmış

Bakının Biləcəri qəsəbəsində yerləşən “Delfin” hotel sökülüb. Unikal.org-un əldə etdiyi məlumata görə, sözügedən hotelin yerinə hələ ki, heç nə tikilmir. Qeyd edək ki, “Delfin” hoteli uzun illər sabiq nazir Ziya Məmmədova məxsus olub və oğlu Anar Məmmədov idarə edib.

Hələ ötən il “Delfin” hotel və ona bitişik ərazidə olan məşhur “Ruskaya Banya” hamamının Məmmədovların nəzarətindən çıxması barədə xəbərlər yayılmışdı. Bildirilirdi ki,  sözügedən obyektlər adı gizli qalan şəxs tərəfindən alınıb.

“Yeni Müsavat” yada salır ki, “Delfin” Z.Məmmədovun keçmiş  şəriki Hafiz Məmmədovla (“Hafka”) məhkəmə çəkişməsi obyekti də olub. Ötən ilin yanvarında “Delfin” hotelinin təsisçisi olan “Delfin” MMC-nin 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində “Hafka”nın bir zamanlar rəhbərlik etdiyi “Bakı” klubuna qarşı iddiasına baxılıb. Məlum idi ki, klubun bazası hotelə bitişik sahədə yerləşirdi və həmin sahə uzun illər sabiq nazirin ailəsinə məxsus olub. MMC klubun onların xüsusi mülkiyyətində olan sahədən çıxarılmasını tələb edirdi.

Картинки по запросу “Delfin” hotel söküldü

“Hafka”nın klubu da qarşılıqlı iddia verərək, həmin torpaq sahəsi üçün ödədiyi pulun geri qaytarılmasını istəyirdi. Amma məhkəmə “Delfin”in iddiasını təmin edərək klubun həmin ərazini tərk etməsinə qərar verdi. “Hafka”nın iddiası isə rədd olundu. Bundan sonra “Bakı” yuxarı instansiya məhkəməsinə müraciət edərək şikayət verdi. Amma Bakı Apelyasiya Məhkəməsi də “Hafka”nın əleyhinə qərar çıxardı.

Bu məhkəmə qərarında sonra mediada “Məmmədovların bağışlanması” xəbərləri tirajlandı. Amma tezliklə daha bir maraqlı iddia ortaya çıxdı. Bildirildi ki, sən demə, “Delfin” MMC artıq Məmmədovlara bağlı deyilmiş. İddiaya görə, hələ Anar Məmmədov ölkəni tərk etmək ərəfəsində olanda “Delfin” hotel ondan alınıb. Yəni məhkəmə qərarı Məmmədovların  bağışlanılması deyil, “Delfin”in sirli alıcısının qələbəsi hesab oluna bilərdi.

Məlumdur ki, “Hafka” ilə Məmmədovlar şəriklərin biznesi olub.  Onların arasında münasibətləri gərginləşdirən səbəblərdən biri “Bank of Azerbaijan”olub. Əvvəllər “Garant Holdinq”in tərkibində fəaliyyət göstərən bank 2013-cü ilin yanvarında səbəbi göstərilmədən Hafiz Məmmədovun nəzarətinə verilib. 2014-cü il mayın 22-də isə Hafiz Məmmədov Müşahidə Şurasının sədrliyindən, qohumları isə Müşahidə Şurasının üzvlüyündən uzaqlaşdırılıb. 2015-ci ilin dekabrında isə “Bank of Azerbaijan” ASC müflis olduğunu elan edib. Bildirilir ki, Z.Məmmədovun ailə şirkəti olan “Garant-Holdinq”in tərkibində olan müxtəlif şirkətlər bankdan milyonlar kredit götürüb qaytarmayıblar və sonra bu borcu “Hafka”nın “ayağına” yazıblar.

Qeyd edək ki, bu günlərdə Anar Məmmədovun Bakıdakı 33 mərtəbəli hoteli ilə bağlı da ilginc məlumat yayılıb. İnformasiyada bildirilir ki, ötən ilin aprelində yanğın baş vermiş və əvvəlki adı “Trump Tower Baku”, sonrakı adı isə “Yelkən hotel” olan binanın fasadı tam dəmir çərçivələrə alınıb. İddialara görə, bu, həmin hotelin söküləcəyi ilə bağlı şübhə yaradıb.

Sabiq nəqliyyat nazirinin isə mövzu ilə bağlı acıqlı açıqlama verməsi bu xəbərlərin heç də əsassız olmadığını göstərdi. Sualı “Sökmürlər, qoy lap partlatsınlar. Nə otel, otel nədir? Otel lap tutaq ki, kiminsə olub və söküblər. Bunun sizə nə dəxli var? Bunun nə mənə, nə də mənim oğluma aidiyyəti var” deyə,  sabiq nazir bildirib.

“YM”

 

Əvvəlki yazı

Kapitalizm dünyasında hegemon kimdir – solçular, yoxsa sağçılar?

Sonrakı yazı

Minimum əməkhaqqının artırılması qiymətlərə təsir edə bilərmi?

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.