46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizəd Ziya Əliyev Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Reportyor.info xəbər verir ki, seçicilərlə birlikdə Ümummilli liderin abidəsini ziyarət edən deputatlığa namizəd əklillər qoyub, ruhuna dualar oxuyub. Z.Əliyev H.Əliyevin xidmətlərindən, dövlətçiliyin möhkəmlənməsində gördüyü işlərdən danışıb.