25-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək

28 Noyabr 2023, 10:54
Cəmiyyət
A A
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək

1998-ci ilin noyabr ayında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqram olan SPECA Proqramı təşkil olunmuşdur.

25 il ərzində SPECA-ya üzv dövlətlər arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib. Bu 25 ildə ilk dəfə SPECA-ya üzv dövlətlərin Zirvə görüşü keçirilir. Onu da qeyd edək ki, hazırda SPECA-ya Azərbaycan sədrlik edir və Zirvə görüşü də Bakıda Azərbaycanın təşəbbüsü ilə keçirilir. Bu təşəbbüsün həyata keçməsinə isə əsasən Mərkəzi Asiya ölkələrinin rəhbərləri dəstək veriblər. Bir sıra türkdilli ölkələr – Azərbaycan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan və s. bu gün çoxtərəfli formatda uğurla əməkdaşlıq edirlər.

Azərbaycan Prezidentinin dəvəti ilə Zirvə görüşündə fəxri qonaq qismində SPECA-ya üzv olmayan ölkələrdən Gürcüstan və Macarıstanın Baş nazirləri və Körfəz Əməkdaşlıq Şurasının Baş katibi də iştirak edirdilər.

Bu günlərdə BMT Baş Assambleyası SPECA-nın 25 illiyi ilə əlaqədar qətnamə qəbul edib. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib. Azərbaycan da Etimad Fonduna 3.5 milyon ABŞ dolları ayıracaq.

Azərbaycan Respublikasının Prezidenti Zirvə görüşündə çıxış edərək demişdir:“ Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Sentyabr ayında mən Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşam. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirirəm.

Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır”.

Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulduğunu və bunun da 200 milyard dollarının qeyri enerji-neft sektorunun payına düşdüyünü deyən İlham Əliyev son illərdə Azərbaycanın özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyduğundan, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərinin birinə çevrildiyini vurğulayıb.

Azərbaycan demək olar ki, öz müstəqilliyini qazandığı günlərdən ermənilər torpaqlarımıza təcavüz ediblər. Ərazilərimizin təxminən 20 faizini işğal edərək, yerli azərbaycanlıları öz ata-baba torpaqlarından qovublar. Nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın kimi Azərbaycanın 50-dən artıq rayonunda məskunlaşaraq illərlə ağır şəraitdə yaşayıblar.

Ermənistanla 30 il davam edən danışıqlar heç bir nəticə verməyib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə elə kağız üzərində qalıb. Ermənistan işğal etdiyi torpaqları tamamilə mənimsəmək, hətta yeni ərazilər işğal etmək niyyətində olub. Belə ki, Ermənistan ordusu durmadan təmas nöqtələrimizi atəşə tutaraq, əsgərlərimizi eləcə də yaxın ərazilərdə yaşayan dinc əhalini qətlə yetirirdi. Azərbaycanın iqtisadiyyatına zərər vururdu. Odur ki, Azərbaycan Ordusu, Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşərək Ermənistana öz gücünü göstərdi. Ermənilərin özləri, orduları haqqında 30 il ərzində yaratdıqları mifi cəmi bir neçə günə darmadağın etdi. Erməni hərbçiləri silahı ataraq geri qaçmağa məcbur oldular. Hələ də Şuşa döyüşündə onları bürüyən vahiməni həyəcanla danışırlar.

Azərbaycan Ordusu, Azərbaycanın vətənpərvər, igid övladları Ali Baş Komandanımız, böyük siyasətçi, yenilməz sərkərdə İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində öz tarixi torpaqlarımızı işğaldan azad edərək geri qaytardılar. Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Lakin Ermənistan yenə də öz öhdəliklərini yerinə yetirmədi. Kapitulyasiya aktına görə sülh yolu ilə boşaltmalı olduqları digər ərazilərimizdən özünün 15 minə yaxın hərbçisini geri çağırmırdı. Onlar bu ərazilərdə təxribatlar törədirdilər. Bu təxribatlar nəticəsində isə hərbçilərimiz həlak olurdular. Basdırdıqları on minlərlə minalara düşən yüzlərlə insan həyatını yaxud da sağlamlığını itirmişdi. Dəfələrlə tələb olunduğuna baxmayaraq indiyə qədər də başdırdıqları minaların xəritəsini qarşı tərəfə təqdim etməyiblər.

Azərbaycan 3 ilə yaxın Ermənistanın bütün bu təxribatlara son qoyacağını, sülh yolu ilə digər ərazilərimizi də boşaldacağını gözlədi. Lakin təxribatlar dayanmırdı. Nəhayət Azərbaycan 2023-cü ilin sentyabr ayının 20-21-də Qarabağda antiterror tədbirləri keçirdi. Cəmi 23 saat ərzində bütün ərazilərimiz erməni təcavüzkarlarından təmizləndi. Azərbaycan Respublikası bütün ərazilərimiz üzərində suverenliyini bərpa etdi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Zirvə görüşündə artıq Azərbaycanın öz ərazisində separatizmə son qoyduğunu və işğaldan azad olunmuş ərazilərimizdə gedən genişmiqyaslı tikinti-quruculuq işlərindən danışaraq qeyd etdi ki: “Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.

Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi – Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq. Bu qardaşlıq dəstəyinə görə Şavkat Miromonoviç Mirziyoyevə və Kasım-Jomart Kemeleviç Tokayevə bir daha təşəkkürümü bildirirəm”.

Sonda cənab Prezident Zirvə görüşünün əlaqələrimizə yeni təkan verəcəyinə əminliyini bildirdi.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Əvvəlki yazı

Şagirdi döydüyü deyilən idarə müdiri vəzifəsindən azad edildi (FOTO)

Sonrakı yazı

Bakıda “Napoleon” filminin premyeradan öncə nümayişi keçirildi

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.