12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Zeynalovla Mehdiyevi itirən MTN-çi başçının Kürdəmiri tar-mar edən çetesindəki – Adlar

04 Dekabr 2018, 23:23
Seçmə, Banner
A A
Zeynalovla Mehdiyevi itirən MTN-çi başçının Kürdəmiri tar-mar edən çetesindəki – Adlar

Yasamalın icra hakimi postundan İbrahim Mehdiyevin gedişi Kürdəmirdəki həmkarı Ceyhun Cəfərova ciddi şəkildə təsir elədi.

Reportyor.info-nu məlumatlandıran qaynağın sözlərinə görə, İ.Mehdiyev C.Cəfərova arxa-dayaq olan güclərdən biriydi.

Lakin jurnalisti şillələyən, məscid söküb dindarları ayağa qaldıran sabiq Yasamal şefinin “vurulması” Kürdəmir icra başçısının mövqelərini sarsıtdı, postunu laxlatdı.

Mötəbər mənbə danışır ki, C.Cəfərov buna qədər sabiq rabitə naziri Əli Abbasovu və yaxın qohumu olan məhbus aparat rəhbəri Vidadi Zeynalovu itirmişdi.

Adı MTN bandasının müxtəlif cinayətlərində keçmiş Kürdəmir icra başçısının V.Zeynalovdan sonra İ.Mehdiyevi də əldən çıxarması hazırkı vəzifədə qalmasının şübhə altına alıb.

Onun dövlət rəhbərliyinə qarşılıq olaraq gördüyü işləri nümayiş etdirmək imkanı da yoxdur. Çünki Kürdəmirdə hər hansı əsaslı abadlıq-quruculuq işləri aparmayıb.

Əksinə, rayonun təhsil şöbəsi müdiri, maliyyə rəisi, regional mədəniyyət idarəsi direktoru C.Cəfərovun Kürdəmir çetesinə daxil olaraq bölgəni tar-mar edirlər.

RİH başçısı I müavini Tacəddin Novruzov, müavin Əşrəf Şükürov, Təhsil Şöbəsi müdiri Natiq Tarverdiyev, maliyyə rəisi Ayaz Cəbrayılov, Regional Mədəniyyət idarəsi rəisi Elman Məmmədov Kürdəmirini talanmasında, maliyyə mənimsəmələrində xüsusi iştirakı olan məmurlar kimi adları hallanır.

İddialara görə, özünün kristal obrazını yaradan icra başçısı C.Cəfərov bütün qeyri-rəsmi işləri müavinlərin və idarə rəislərinin əli ilə həyata keçirir.

Təhsil şefi tədris ocaqlarında yığılan “rüsumlar”, büdcə təşkilatlarına ayrılan vəsaitlərdə maliyyə rəisi, kitabxanalar, klublar, Füzuli, Xocavənd, Beyləqan və Kürdəmir mədəniyyət şöbələrinin balansındakı abidələr, kitabxanalar adından silinən pullarda regional idarə rəisi C.Cəfərovun səhmini ayrıca çatdırırlar.

Bu yığım 6 aydan bir həyata keçirilir və Kürdəmir İH başçısı toplanan vəsaitlərin təkcə ona çatmadığını bəhanə edir və yuxarılara da verdiyini söyləyir.

Kürdəmirin inkişafına, abadlaşmasına ayrılan vəsaitlər isə qeyri-şəffaf xərclənir, mərkəzdə kosmeti işlərdən başqa heç bir iş görülməyib.

Bir müddət əvvəl C.Cəfərovun tələblərinə boyun əyməyən və onunla yol getməyən məmurlardan biri Kürdəmir Regional Mədəniyyət idarəsi rəisi Elman Məmmədov idi.

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elman Məmmədov, müavini Vaqif Alıyev və idarənin baş məsləhətçisi Emil İbrahimov icra başçısı ilə qalmaqal yaşamışdı.

İndiyə qədər də E.Məmmədovla E.İbrahimov tandemi Kürdəmir və ona tabe olan rayonların mədəniyyət şöbələrinə vandal şəkildə məhv etməklə məşğuldurlar.

Füzuli rayonundan gələn hər iki kadr hazırki posta müvəqqəti bir gəlir obyekti kimi baxırlar.

Ona görə də mümkün qədər talan etmək və iş görməmək devizini əldə şüar tutublar. Amma adıçəkilən məmurların fəaliyyəti yuxarıda sadalanan əməllərlə məhdudlaşmır.

Bir müddət əvvəl Kürdəmirin icra başçısı Ceyhun Cəfərovla mədəniyyət idarəsinin baş məsləhətçisi Emil İbrahimov qarşılaşmışdılar.

İcra başçısı ona təpinərək irad tutur və sərt şəkildə xəbərdarlıq edir ki, onun əleyhinə təşkil etdiyi kampaniyanı dayandırsın. Sonra tərəflər “haqqın yolunu” tapdılar.

Kürdəmir Təhsil Şöbəsinin müdiri Natiq Tarverdiyevlə İH başçısı arasında münasibətlərdə gərginlik yaranıb. Buna səbəb təhsil şefinin onun yerinə təyin olunacağı haqda xəbərlərin dolaşmasıdır.

Bu soyuqluğa baxmayaraq, C.Cəfərovun çetesində olan təhsil müdiri də vaxtı-vaxtında “katyol”a hesabı çatdırmalıdır. Ümumiyyətlə, Kürdəmir İH başçısı öznü MTN şefi Eldar Mahmudov kimi aparır. Bu vərdişin əhəmiyyətli bir səbəbi var.

Mediada yayılmış məlumatlara görə, MTN dəstəsinə pul daşıyanlardan olmuş sabiq rabitə məmuru Vidadi Zeynalovun bacısı əri olan Ceyhun Cəfərov əvvəldən bu sistemi mənimsəyib.

Nə də olmasa bu işlərin içində idilər. C.Cəfərovun dəstəkçilərindən olmuş Yasamalın sabiq başçısı İbrahim Mehdiyevin də E.Mahmudova yaxınlığı sirr deyildi.

O zaman hər iki məmurun postlarından gedişi C.Cəfərovu təşvişə salmışdı. Onun da MTN işinə görə vəzifəsindən azad olunacağı gözlənilirdi. Amma Kürdəmir şefi köhnə dostlarını və qohumluğu kənara qoyaraq, özünq qorudu.

Cəfərov 2011-ci ilədək Yasamal RİH-də başçı müavini işləyib. Yeri gəlmişkən, 2006-cı ildən 2017-ci ilə qədər Yasamal RİH-nin başçısı İbrahim Mehdiyev idi.

O, vəzifəyə gələr-gəlməz elə həmin il öz kadrı olan C.Cəfərovu irəli çəkərək Xətai MKTB rəisi işindən öz müavini vəzifəsinə gətirmişdi. Təsadüfi deyildi ki, C.Cəfərovla İ.Mehdiyevin adı uzun illər eyni qruplaşmada hallandı.

2011-dən 2014-cü ilə qədər Tərtərin icra başçısı olmuş C.Cəfərov nəhayət, elə həmin il Kürdəmirə başçı təyin olunur. Bununla da şəbəkələşmiş qruplaşmanın əlaqələri möhkəmlənir, maliyyə resursları güclənir, Kürdəmirdə kök salır.

Mediadakı iddialara görə, Eldar Mahmudovun türmədə olan adamlarına arxalanan Ceyhun Cəfərov Kürdəmirdə bütün idarə müdirlərini evsiz- eşiksiz qoyub.

İntihara cəhd edən, ürəyi partlayıb ölən torpaq şöbəsi müdiri Gülbalanın oğlu Əsəd demişdi ki, atası 150 min manatı səhər başçıya verməli imiş, tapa bilmədiyi üçün qorxudan səhər oyana bilməyib.

Bundan başqa, kənd icra nümayəndələrindən 5min manatdan tutmuş məktəb direktorlarına 2 min manata qədər siyahı tutaraq pul yığıb park salıb, rayonun mərkəzi küçələri idarə müdüilərinin hesabına təmir edilib.

Şikayətçilərdən biri mətbuata danışmışdı ki, C.Cəfərovun tapşırığı ilə 2013-cü ilin mayında ferması əlindən alındı: “Düz 2015- ci ilin iyun ayına qədər olan 2 ildən çox müddətdə yazdığımız bütün məktublar cavabsız qaldı.

Biz fermanın başqasına verilmə səbəbin hətta məhkəmə yolu ilə də öyrənə bilmədik. Kürdəmir rayon məhkəməsi icra hakimiyyətindən aldığı məktubla işi baxılmamış saxlayaraq bağladı”.

, Ceyhun Cəfərov Vidadi Zeynalovla Akif Çovdarovun əsirinə çevrilib. Elə onların çiyinlərində də Kürdəmir rəhbəri postuna gətirilməsi istisna edilmir. Hətta havadarları ona Yasamalın icra başçısı vəzifəsini vəd ediblərmiş. Fələyin çərxi çönüb, Zeynalovla Çovdarov dəmirbarmaqlıqlar arasına göndərilib, Cəfərov Kürdəmirdə şahid kimi saxlanıb.

Məsələn, Çovdarovun təsisçisi olduğu “RAF-2006” MMC Kürdəmirdə fəaliyyət göstərib. Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi rəisi Əhliman Kərimovun da bu işdə əməlləri faş olub.

Müəyyən edilib ki, İstismarı idarəsinin balansındakı texnikalar “2006-RAF” MMC şirkətinin Kürdəmirdəki göldə yaradılmış balıqçılıq təsərrüfatının sifarişlərinin icrasına yönəlib.

Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun da bu işlərdə xüsusi canfəşanlıq nümayiş etdirdiyi ortaya çıxıb. O zaman balıçılıq təsərrüfatı başçının adına çıxarılıb.

Lakin Çovdarova aid olduğu aydınlaşıb. İcra başçısı məqsədli şəkildə Çovdarovun üzərindən şimşəkləri çəkmək üçün öz adına çıxarırmış.

Həmin təsərrüfatın fəaliyyətinə nəzarəti Çovdarovun yaxın adamı olan Fəttah adlı bir şəxs həyata keçirib.

Sadəlövh vətəndaşlar isə Əhliman Kərimovun törətdiyi qanunsuzluqlar barədə məlumatları MTN-ə yollamaqla bu problemlərin həll olunacağını gözləyirmişlər.

1999 – 2000-ci il tarixli saxta sərəncamla MTN generalı Akif Çovdarova və 2005-ci tarixli saxta sənədlə isə adı sadalanan şəxslərə Mərdəkan-Şüvəlan sərhədində Bağlar İdarəsinin balansında olan torpaq sahələrindən 1 hektar torpaq sahəsi verilib.

Ərazi rabitə naziri Əli Abbasov, Kürdəmirin icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev arasında bölünüb.

Bu fakt vəkil Ramiz Zeynalov tərəfindən açıqlanıb. Yəni, bu bir qəzetin mülahizə və iddiası yox, hüquqşünasın təqdim etdiyi siyahıdır. Göründüyü kimi, yenə də Ceyhun Cəfərov bu klanla bir hərəkət edirmiş.

Bu dosyedən anlaşılır ki, Kürdəmirdə mədəniyyət idarəsi, təhsil şöbəsi, maliyyə, səhiyyə şöbələrinin və müavinlərinin əli ilə hansı işlərdən çıxdığı aydınlaşsın.

Biz bu iddialar barədə cənab Cəfərovun mövqeyini dərc edə bilərik.

GÜLAY

REPORTYOR.info

 

Əvvəlki yazı

Axtarışda olan şəxs başqa adla Narkoloji Mərkəzdə gizlənibmiş –Məhkəmə prosesində sensasion fakt açıldı

Sonrakı yazı

Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib – FOTO

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.