Ukrayna Prezidenti Volodimir Zelenski ilə Britaniyanın “The Guardian” nəşrinin jurnalisti Lyuk Hardinq arasında müsahibə zamanı elektrik enerjisi kəsilib.
“Qafqazinfo” xəbər verir ki, müsahibə Kiyevdəki Mariinski sarayında keçirilib.
“Belə… Bu, həyatdır”, – deyə Ukrayna lideri şərh edib.
Jurnalist elektrik kəsilməsi səbəbindən müsahibəni sinxron tərcümə olmadan davam etdirməyi təklif edib, Zelenski bununla razılaşıb. Qısa müddətdə elektrik enerjisi bərpa olunub.




















