Ukrayna prezidentinin ofisindən verilən açıqlamada, Zelenskinin Kaxovka Su Elektrik Stansiyasındakı vəziyyətlə bağlı təcili olaraq Milli Təhlükəsizlik və Müdafiə Şurasını çağırdığı bildirilib. Açıqlamaya görə, daxili işlər naziri İqor Klimenko, xarici işlər naziri Dmitri Kuleba, “Ukrhidroenerqo”nun baş direktoru İqor Sirota, ətraf mühitin mühafizəsi və təbii sərvətlər nazirinin birinci müavini Aleksandr Krasnolutski və “Energoatom” şirkətinin prezidenti Petro Kotin hesabatlarını təqdim ediblər. Bildirilib ki, hadisədən sonra bütün fövqəladə hallar orqanları və ordu dərhal məsələ ilə bağlı məlumatlandırılıb, 80 yaşayış məntəqəsi daşqın zonasında yerləşib, mülki və hərbçi itkisi qeydə alınmayıb.
“DNEPRO ÇAYINDA 150 TON MAŞIN YAĞI QARŞIB”
Bəyanatda, “Şura üzvlərinə məlumat verilib ki, ən azı 150 ton maşın yağı Dnepr çayına qarışıb və 300 tondan çox sızma riski var. İclas iştirakçıları bir sıra beynəlxalq tədbirlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının çağırılması, beynəlxalq ekoloji təşkilatlara və Beynəlxalq Cinayət Məhkəməsinə müraciətlər barədə razılığa gəliblər, çünki rusların bu cür hərəkətləri Cenevrə Konvensiyasının pozulmasının açıq əlamətlərini daşıyır. Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvlərinə Zaporojya AES-də mövcud vəziyyət barədə də məlumat verilib. “Elektrik stansiyasındakı ukraynalı işçilər vəziyyəti nəzarətdə saxlayır və hər hansı hadisələrin öhdəsindən gəlmək üçün imkanlara malikdirlər”, – deyə məlumatda bildirilir.
class=”medianet-inline-adv”>




















