Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Azərbaycana rəsmi səfərə gələcək.
Bu barədə Ukrayna mətbuatı xəbər yayıb.
Bildirilir ki, səfər iki gün davam edəcək. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.
Xatırladaq ki, bu, Prezident seçildikdən sonra Zelenskinin Bakıya ilk səfəridir.