Hazırda Laçın dəhlizində vəziyyətin siyasi yolla stabilləşdirilməsi üçün lazımi addımlar atılır.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
“Biz inanırıq ki, tərəflər 9 (10) noyabr razılaşmasının şərtlərini yerinə yetirəcək. Ermənistan tərəfinin də bu məsələnin həllinə öz töhfəsini verməsini gözləyirik”, – Zaxarova bildirib.