18-11-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Zaur Mikayılovla Xanlar Fətiyev arasında 746 minlik sövdələşmə – “SEDAM” deputatın zavodundan aqreqat alır

24 Oktyabr 2025, 13:32
Şikayət, Seçmə, Özəl, Manşet
A A
Zaur Mikayılovla Xanlar Fətiyev arasında 746 minlik sövdələşmə – “SEDAM” deputatın zavodundan aqreqat alır

“SEDAM” MMC 746 000 manatlıq qazma aqretatı alır.

Reportyor.info xəbər verir ki, MMC bununla bağlı keçirdiyi tenderə yekun vurub. Tenderin qalibi “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi seçilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Gəncə Avtomobil Zavodu” MMC-nin 11 oktyabr 2004-cü ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Gəncə şəhəri S.Rəhimov küçəsi, ev 1-də yerləşən zavodun qanuni təmsilçisi Əliyev Amin Allahverdi oğludur.
Amin Əliyev zavodda direktor vəzifəsində çalışır. O, bu vəzifəyə 2023-cü ildə təyin olunub. Ondan əvvəl zavoda Bağban Nəbiyev rəhbərlik edib. Amin Əliyev isə onun müavini olub.

Lakin araşdırmalarımız zamanı məlum olub ki, bu şəxslərin heç biri zavodun sahibi deyil. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin faktiki sahibi kimi Xanlar Fətiyevin adı çəkilir. Xanlar Fətiyev Gəncədə tanınmış iş adamıdır. O, Milli Məclisin deputatıdır.
Xanlar Fətiyev hazırda “Gəncə Avtomobil Zavoud” İstehsalat Birliyinin Müşahidə Şurasının sədridir. O, 2004-2011-ci illərdə zavodun direktoru vəzifəsində çalışıb.
Bu faktlar onunla bağlı bioqrafik məlumatlarda əksini tapıb.
Xanlar Fətiyevin biznesmen kimi karyerasına 1992-ci ildən başlayıb. O, 1992-ci ildən «Betonçu» kooperativinin mühəndisi, sədri, 1994-cü ildən «Elruz» kiçik müəssisəsinin sədri, 1997- ci ildən «Avestas» firmasının baş direktoru, 2003-cü ildən «Aznur» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsində işləyib.
Hazırda da bu şirkətlərin onun nəzarətində olduğu ehtimal olunur.

Azərbaycan qanunvericiliyinə görə deputatın bizneslə məşğul olması yasaqdır.

Xanlar Fətiyevin zavodundan 746 000 manatlıq aqreqat alan “SEDAM” MMC-yə gəlincə, bu təsisat Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində fəaliyyət göstərir.
“SEDAM” MMC 2024-cü ildə yaradılıb. Bu, Zaur Mikayılovun ADSEA-nın rəhbərliyinə təyinatından sonra baş verib.

Zaur Mikayılov ADSEA-nın sədri vəzifəsinə təyin olunandan az sonra qurumda kütəliv ixtisarların başladığı barədə məlumat yayılmışdı.
“SEDAM” MMC-nin yaradılması ilə də 400-ə yaxın işçi ixtisara düşmüşdü. Bu barədə mediada da məlumatlara rast gəlinir.
Zaur Mikayılov bir müddət əvvəl qudalarını ADSEA-da yüksək vəzifələrə təyin etməsi ilə gündəmə gəlmişdi. Bundan sonra onun fəaliyyəti medianın diqqət mərkəzinə gəlib.

P.S. Bu müəmmalı sövdələşməni Zaur Mikayılovun qudası Fuad Quliyevə yaxın şəxslərdən biri və media rəhbərlərindən biri müştərək koordinasiya edir. Həmin şəxsin və redaktorun kimliyi də bizə bəllidir. Müəyyən dəqiqləşdirmələr apardıqdan sonra növbəti materiala bu faktı da əlavə edəcəyik.

Əvvəlki yazı

Azərbaycanda kart ovuna çıxan şəbəkə — 78 minlik əməliyyat ifşa olundu

Sonrakı yazı

Jurnalistlərin telefonu əlindən alındı: Milli Məclisdə qəribə qadağa — NARAZILIQ (FOTO)

İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Başçının müavininə hücum etdi

İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Başçının müavininə hücum etdi

18 Noyabr 2025, 00:49
Ramiz Mehdiyevin gəlininin yerinə o təyin olundu – FOTO

Ramiz Mehdiyevin gəlininin yerinə o təyin olundu – FOTO

17 Noyabr 2025, 15:42
Qənimət Zahidov növbəti dəfə Baş Prokurorluğa çağırıldı

Qənimət Zahidov növbəti dəfə Baş Prokurorluğa çağırıldı

17 Noyabr 2025, 15:41
Meyxanaçının səsyazma studiyası yandı

Meyxanaçının səsyazma studiyası yandı

17 Noyabr 2025, 15:17
Əbülfəs Qarayev təmtəqarlı ad günü məclisindən danışdı: “Londondayam…”

Əbülfəs Qarayev təmtəqarlı ad günü məclisindən danışdı: “Londondayam…”

17 Noyabr 2025, 14:06
Əli Həsənov danışdı: “Həyat yoldaşım Ramiz Mehdiyevin arvadı ilə…”

Əli Həsənov danışdı: “Həyat yoldaşım Ramiz Mehdiyevin arvadı ilə…”

17 Noyabr 2025, 14:04
Ermənistanla sərhəd bölgədə minaya düşdü

Ermənistanla sərhəd bölgədə minaya düşdü

17 Noyabr 2025, 14:01
ANAMA əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi

ANAMA əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi

17 Noyabr 2025, 13:59
Zaur azadlığa çıxdı

Zaur azadlığa çıxdı

17 Noyabr 2025, 13:58
İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Vəzifəli şəxs başçının müavininə hücum etdi

İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Vəzifəli şəxs başçının müavininə hücum etdi

17 Noyabr 2025, 13:58
Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş – Fotolar

Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş – Fotolar

14 Noyabr 2025, 17:22
ABŞ-da yaşayan Vaqif Allahverdiyev də Baş Prokurorluğa çağırılıb

ABŞ-da yaşayan Vaqif Allahverdiyev də Baş Prokurorluğa çağırılıb

14 Noyabr 2025, 17:19
“Aztelekom”da nə baş verir?

“Aztelekom”da nə baş verir?

14 Noyabr 2025, 14:51
Azərbaycanda bu qəzet fəaliyyətini dayandırdı

Azərbaycanda bu qəzet fəaliyyətini dayandırdı

14 Noyabr 2025, 13:50
Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşdü

Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşdü

14 Noyabr 2025, 13:49
Dələduzluqda ittiham olunan hüquqşünas Vəkillər Kollegiyasından xaric olunub

Dələduzluqda ittiham olunan hüquqşünas Vəkillər Kollegiyasından xaric olunub

14 Noyabr 2025, 13:23
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul etdi

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul etdi

14 Noyabr 2025, 13:12
Dağlıq ərazilərdə qar yağacaq

Dağlıq ərazilərdə qar yağacaq

14 Noyabr 2025, 13:10
Qonşusu Könül Kərimovadan üzr istədi

Qonşusu Könül Kərimovadan üzr istədi

14 Noyabr 2025, 12:59
6 yaşlı qızı maşın vurdu – Gəncədə daha bir FACİƏ

6 yaşlı qızı maşın vurdu – Gəncədə daha bir FACİƏ

13 Noyabr 2025, 20:24

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.