23-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Zatulin Qarabağ separatçıları ilə niyə görüşüb?

07 İyun 2022, 14:20
Siyasət, Manşet
A A
Zatulin Qarabağ separatçıları ilə niyə görüşüb?

Qarabağ münaqişəsi başlayandan özünü Azərbaycanın qatı düşməni kimi təsdiq edən Rusiya Federasiyası Dövlət Dumasının deputatı, MDB məsələləri üzrə sədr müavini Kostantin Zatulin iyunun 1-dən 4-dək Ermənistanda səfərdə olub.

Zatulinin səfəri ilə bağlı məlumatda deyilir ki, “səfərin məqsədi mövcud ictimai-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə tanış olmaq olub”.

Amma 4 günlük səfəri zamanı Zatulin təkcə Ermənistan rəsmiləri ilə deyil, Qarabağ separatçıları ilə də görüşlər, müzakirələr aparıb. Məlumatda bildirilib ki, Konstantin Zatulin “dqr”-ın bütün keçmiş “prezidentləri” –  Robert Köçəryan (1998-2008-ci illərdə Ermənistan Respublikasının prezidenti), Arkadi Qukasyan, Bako Saakyanla görüşüb. Eləcə də deputatın  “dqr”- ın hazırkı prezidenti Arayik Arutyunyan,, Rusiyanın  Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkov və  “dağlıq Qarabağın rus icması”nın rəhbəri Aleksandr Bordovla da danışdığı bildirilib.

Zautulinin səfərini və görüşlərini şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirir ki, Ukraynada müharibənin qızğın çağında Zatulinin İrəvana səyahəti həvəskar tamaşar ola bilməz. 

Onun sözlərinə görə, Kreml Ukraynadakı qondarma “xüsusi əməliyyatı” ilə məşğul olsa da, Qarabağı da diqqətdən kənarda qoymur.

“Ermənistanda etiraz küçə nümayişləri hələ də gözlənilən nəticəni vermədiyindən, Moskva “oduna yağ tökmək” və gərginliyin növbəti dəfə artmasına nail olmaq üçün öz emissarlarından birini İrəvana göndərmək qərarına gəlib” – deyə, ekspert vurğulayıb.

Ekspert səfərlə bağlı xüsusi vurğulanan məqamlara diqqət çəkib: “Bəs niyə məhz “dqr”ın keçmiş və indiki prezidentləri ilə? Əgər rusiyalı deputat həqiqətən də Ermənistandakı ictimai-siyasi vəziyyətlə tanış olmaq istəyirdisə, hansı məqsədlə “dağlıq Qarabağ” liderləri ilə görüşür? Zatulin İrəvanla maraqlanmır, Qarabağ separatçılarına yenidən “sevgi elan etmək” üçün “yoldan çıxır”. Üstəlik, Rusiya hərbi kontingentinin komandiri və bədnam “rus icması”nın rəhbəri ilə görüşlər Zatulinin səfərinin “dolğunluğundan” danışır və yəqin ki, tezliklə Xankəndində əks-səda verəcək. Rusiyanın növbəti təxribatının birbaşa Xankəndi ilə bağlı olması ehtimalı daha çoxdur”

İlham İsmayılın fikrincə, Zatulin separatçıların keçmiş rəhbərləri ilə birlikdə Xankəndində yeni təxribatlar hazırlamaq niyyətində ola bilər: “İlk növbədə, Qarabağ separatçılarının ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra da təkrar etdikləri Rusiyaya müraciətini gözləmək olar”.

İlham İsmayıl deyir ki, Zatulinin separatçılara Nikol Paşinyanın Azərbaycanla danışıqlarının “qeyri-qanuni” olmasını bəyan etmələrini,  Qarabağın “rus icması”na isə Rusiya vətəndaşlığını almaqla bağlı Moskvaya müraciət göndərmələrini tapşıra bilər. Həmçinin Qarabağ ermənilərinə də bununla həmrəy olaraq analoji müraciət etmək tapşırığı verdiyini  ehtimal etmək olar: “Rusiya hərbi kontingentinin komandirinin İrəvan görüşünə dəvət olunmasına gəlincə, şübhəsiz ki, Zatulinin niyyəti separatçı liderlərin Azərbaycan sərhədini qanunsuz keçməsinə şərait yaratmaq, Xankəndində müvafiq tədbirlər keçirmək, bəlkə də onları təhlükəsizlik zəmanətləri ilə təmin etməkdir. Azərbaycan Xarici İşlər Nazirliyi Konstantin Zatulinin İrəvana səfərinə və keçirdiyi görüşlərə kəskin etirazını bildirməli, bu cür təxribatçı addımların iki ölkə arasında münasibətlərə vurduğu ziyanı vurğulamalıdır. Brüsseldə əldə olunmuş razılaşmaların, ilk növbədə sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinin həyata keçirilməsi üçün ikitərəfli komissiya çərçivəsində Qarabağ probleminin yekun həlli məsələlərinin dərhal ətraflı müzakirəsinə başlamaq lazımdır”.

 

 

Əvvəlki yazı

Rusiya ordusu Xarkov istiqamətində müdafiəyə keçib

Sonrakı yazı

“Ərə getdiyim adamı axtarıb tapmamışam” – Van Dammın gəlini

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.