06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“ZaminBank”ın sahibkara qarşı 3 milyonluq əməliyyatı – Hakimlər bankın saxtakarlığını necə ört-basdır edib?

12 May 2023, 12:00
Gündəm, Araşdırma, Manşet
A A
“ZaminBank”ın sahibkara qarşı 3 milyonluq əməliyyatı – Hakimlər bankın saxtakarlığını necə ört-basdır edib?

“Tovuz Baltiya” MMC ilə ləğv prosesində olan “ZaminBank” ASC arasında kredit qalmaqalı yaşanır.

Şirkət banka olan kredit borcunu bağlasa da, girovun azad edilməsi dalana dirənib. Daha doğrusu, “ZaminBank” ASC qanunsuzluq edir. İşin dramatik tərəfi odur ki, bu qanunsuzluqda məhkəmə hakimləri də iştirakçıdır.

Olayın təfərrüatları barədə Reportyor.info-ya danışan “Tovuz Baltiya” MMC-nin direktoru Rakif Tağıyevin sözlərinə görə, rəhbərlik etdiyi şirkət 19 iyun 2009-cu ildə Sahibkarlığa Kömək Milli Fondundan “ZaminBank” ASC vasitəsi ilə 5 il müddətinə 7 faizlə 3 milyon manat kredit götürüb.

Kredit təyinatı üzrə istifadə edilib. Bundan başqa, şirkət krediti vaxtlı-vaxtında ödəyib və bu müddət ərzində hec bir gecikdirməsi olmadığından bank borcalana hec bir cərimə, dəbbə,əlavə faizlər hesablamamış və heç bir vaxt gecikdirmə ilə bağlı xəbərdarlıq etməyib.

5 il müddətində 3 milyon əsas borc, 850 574 manat isə faiz borcu tam bank tərəfindən şirkətin hesabından silinib.

Beləliklə, 2014-cü ilin 19 iyun tarixində şirkətin kredit borcu ödəniş qrafikinə əsasən tam bağlanıb.

“Biz kreditin təminatı olaraq banka qoyduğumuz girovun azad edilməsini tələb etsək də, bank müxtəlif bəhanələr gətirərək bunu dolayı yollarla uzadıb. Biz də “ZaminBank”ın bu əməllərindən bezərək 2 saylı Bakı İnzibati-İqtisad -Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişik. İddiamız icraata götürülüb və hakim mühasibatlıq ekpspertizası təyin edib. Ədliyyə Nazirliyinin Dövlət Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri işdə olan mötəbər sübutlara istinad edərək bizim “ZaminBank” qarşısında olan bütün öhdəliklərə əməl etdiyimizi, bununla yanaşı hesabımızdan silinmələr edilərkən 461 327 manat vəsaitimizin əsassız silindiyini sübuta yetirən ekspert RƏYİ verib.
Ona görə də 2 saylı Baki İnzibati-İqtisad Məhkəməsi işdə olan sübutları kökündən araşdıraraq 31 avqust 2016-cı il tarixində “ZaminBank” ASC-nin hesabından 461 327 manat vəsaitin məcburi tutularaq ” Tovuz Baltiya” MMC-nin hesabına ödənilməsi barədə ədalətli qətnamə çıxarıb.

Həmin qətnaməyə əsasən isə 18 aprel 2017-ci il tarixində 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi bankın akseptsiz hesabımızdan sildiyi qanunsuz 461 367 manatın bizə ödənilməsi ilə bağlı qərardad qəbul edib və həmin məbləğin kreditorlar siyahısına salınması Əmanətlərin Sığortalanması Fonduna tapşırılıb”, – Rakif Tağıyev bildirib.

“ZaminBank” ASC-nin LƏĞVEDİCİSİ isə məhkəmə qərarlarını icra etməkdən nəinki yayınır, hətta ortada sübutlar (Ədliyyə Nazirliyinin Dövlət Ekspertiza Mərkəzinin məhkəmə- mühasibatlıq ekspertizasının rəyləri, bankın ləğvindən əvvəl imza və möhürü ilə təsdiq etdiyi bank hesabından çıxarış sənədi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin yekunu zamanı borcun olmaması barədə RAZILAŞMA PROTOKOLU, sahibkara 3 milyon vəsaiti verən Sahibkarlığın İnkişafı Fondunun həmin kreditin borcalan tərəfindən tam bağlanması ilə bağlı rəsmi məktubu və Baki 1 saylı İnzibati-İqtisad Məhkəməsinin 18 aprel 2017 ci il tarixli qərarı ilə bankın borcalanın hesabından sildiyi 461 367 manatın ödənilməsi ilə işin icrasının ləğvediciyə həvalə edilməsi ilə bağlı qərarı), olmasına baxmayaraq özünü haqlı sayır hətta 3 il 38 gün sonra heç bir hüquqi əsası olmadan Gəncə İnzibat-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət ediblər.

Gəncə İnzibati- İqtisadi Məhkəməsində işə baxan hakim Kamil Rzayev şəxsi marağını hakimin yüksək adından üstün tutaraq, heç bir araşdırma aparmadan, maddi hüquq normalarını kobudcasina pozaraq natamam və qərəzli

Kamil Rzayev

qətnamə çıxarıb. Biz həmin qətnamədən Gəncə Appellyasiya Məhkəməsinə şikayət verdik. İşə baxan hakim Afiq Hüseynzadə də xüsusi biliyə malik ekspert rəyinə ehtiyac yarandığından Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı qərardad çıxarıb.

Dövlət Ekspertiza Mərkəzi iş materiallarında olan mötəbər sübutları kökündən araşdıraraq bankın ləğvindən əvvəl təsdiq etdiyi hesabdan çıxarış sənədlərinə istinad edərək 461 327 min manatın sahibkarın hesabından silinməsi barədə bankın heç bir hüquqi əsası olmadan silməsi barədə ekspert RƏYİ verib.
Rakif Tağıyev deyib ki, Dövlət Ekspertiza Mərkəzinin rəyi məruzəçi hakim Afiq Hüseynzadəni qane etməyib. O, yenidən təkrar ekspertiza keçirilməsi barədə qərardad çıxarıb.

Gəncə Apelyasiya Məhkəməsinin hakimi prosesləri bilərəkdən təxirə salır? – İDDİAÇIDAN ŞİKAYƏT

Afiq Hüseynzadə

Ədliyyə Nazirliyinin Dövlət Ekspertiza Mərkəzi isə yenidən əvvəlki rəyini təsdiq edib. Maraqlıdır ki, məruzəçi hakim Afiq Hüseynzadə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi Kamil Rzayevin şəxsi marağı zəminində çıxardığı qətnaməni qüvvəsində saxlamaq xatirinə 3 –cü dəfə ekspert rəyinə “şübhə” ilə yanaşaraq iş materiallarını ekspertiza mərkəzinə göndərib. Hakim bu dəfə Ekspertiza Mərkəzinə iş materillarını göndərərkən bank hesabından çıxarış sənədi yenidən tərtib olunmuş, Əmanətlərin Siğortalanması Fondunun ştamp əksi ilə təsdiq edilmiş, bankın ləğvindən əvvəlki hesabdan çıxarış sənədindən fərqli olaraq vacib göstəricilər, iri məbləğlər təhrif edilib.

Rakif Tağıyev qeyd edib ki, hakim Afiq Hüseynzadənin sonuncu dəfə göndərdiyi bank hesabından çıxarış sənədi Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində ekspertizaların aparılması və keçirilməsi haqqında tövsiyyə və qaydalarına uyğun gəlmədiyindən təhrif edilmiş bank hesabından çıxarış sənədinə ekspert rəyinin verilməsini mümkünsüz sayıb.

Hər üç ekspert rəyinin bir-birini təsdiq etməsinə baxmayaraq hakim Afiq Hüseynzadə buna əhəmiyyət verməyib, iş materiallarında olan mötəbər sübutlara göz yumaraq birinci instansiya məhkəməsinin natamam və qərəzli qətnaməsini şəxsi marağı zəminində qüvvədə saxlayıb.

Ali Məhkəməyə verilən kassasiya şikayətinin də nəticəsi olmayıb.

Bu azmış kimi araşdırma zamanı aydın olub ki, “Tovuz Baltiya” MMC 2014 cü il 19 iyun tarixində müqaviləni tam bağladıqdan dərhal bir gün sonra “ZaminBank” ASC yəni 20 iyun 2014 cü il tarixində saxta sənədlər vasitəsilə borcalanın xəbəri olmadan 3 milyon manat, illik 14% hesabı ilə, 30 ay müddətinə yeni kredit “rəsmiləşdirmişdir”.
Oda məlum olub ki, “ZaminBank” ASC Mərkəzi Bankın minimal kapital limitini saxta yolla sabit saxlamaq xatirinə təkrar, borcalanın xəbəri olmadan bu cür qanunsuzluğa əl atıb.
Burdan belə nəticəyə gəlinir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsinin hakimləri Kamil Rzayev, Afiq Hüseynzadə bankın onlarda yaratdığı marağın təsirindən bizim bankla bağladığımız 19 iyun 2009-cu il tarixli 52 saylı kredit müqaviləsi ilə 20 iyun 2014 cü il tarixli Mərkəzi Bankın minimal kapital limitini saxta yolla sabit saxlamaq xatirinə təkrar, müştərinin xəbəri olmadan “rəsmiləşdirdiyi” kredit müqaviləsini dəyişik salıb.
Onun sözlərinə görə, yeni faktla bağlı Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti təqdim edilib.
“Yeri gəlmişkən, yuxarıda qeyd etdim ki, “Tovuz Baltiya” MMC “Zamin Bank”dan götürdüyü kredit öhdəliyini 2014 cü ilin 19 iyun tarixində tam bağladığına görə bankdan qoyulmuş girovu tələb edərkən bank müxtəlif bəhanələrlə girovun geri qaytarılmasını uzatdığından, borcalan bankı məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi şirkətin iddiasını təmin edərək girovun qaytarılması barədə qətnamə çıxarıb. Həmin qətnamədən Bakı Apelliyasiya məhkəməsinə şikayət verilib.

Bununla bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsində iş getdiyindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayət baxılmamış saxlanılmışdı”, – deyə Rakif Tağıyev əlavə edib.

O qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsində müvəqqəti dayandırılmış işlə də bağlı hərəkətlənmə var. Rakif Tağıyevin sözlərinə görə, işə 24 may 2023-cü il tarixində hakim Vüsalə Baxışovanın sədrliyi ilə baxılacağı məlum olub. “Ümid edirik ki, Vüsalə Baxışova kolleqaları kimi şəxsi marağını deyil, qanunu üstün tutacaq və ədalətli qərar çıxaracaq”, – deyə sahibkar vurğulayıb.

Əvvəlki yazı

Deputat Gürcüstanla quru sərhədinin açılmasını təklif etdi

Sonrakı yazı

Şəhid Orxan Novruzəlizadə dəfn olundu (FOTOLAR)

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.