Bakıvaxtı.az xəbər verir ki, inşaat şirkəti olan “GST COMPANY” MMC Bakı Kommersiya Məhkəməsində “Abşeron Kərpic” MMC-yə qarşı iddia qaldırıb.
İşə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.
Kommersiya işinin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
Qeyd edək ki, mətbuatda yayılan və təkzib olunmayan məlumata görə, “Abşeron Kərpic” MMC-ni daxil olduğu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC keçmiş baş prokuror Zakir Qaralova məxsusdur. Bu şirkətin hazırda dövlət büdcəsinə 7629 manat vergi borcu var.