Reportyor.info DİN-in mətbuat xidmətinə istinadla xəbər veriri ki, əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Sumqayıt şəhər sakini Asim Hüseynzadə saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı külli miqdarda, yəni 4 kiloqram 128 qram narkotik vasitə olan heroin və metadon həbləri aşkar edilərək götürülüb.
Araşdırma zamanı Asim Hüseynzadənin əcnəbi narkotacirin təsiri altına düşərək pul müqabilində onun üçün narkokuryerlik etdiyi məlum olub. A.Hüseynzadə Zərdab rayonu ərazisindən götürdüyü narkotik vasitələri 800 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı imiş.
Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib.