05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Yüz illər öncənin dəhşətli falları: Bunları oxuyun, amma etməyin – ÖLƏ BİLƏRSİNİZ

04 Mart 2018, 15:27
Seçmə
A A
Yüz illər öncənin dəhşətli falları: Bunları oxuyun, amma etməyin – ÖLƏ BİLƏRSİNİZ

İnsan ən qədim zamanlardan bəri gələcəyini görməyə can atıb. Qədim Misirdə, Romada, yunan torpaqlarında aşkarlanmış arxeoloji qazıntılar bunun bariz nümunəsidir. Hətta günümüzə çatan müqəddəs kitabların hamısından öncəgörməyə aid rəvayətlər var.

Publika.az xəbər verir ki, gələcəyini öncədən görməyə can atan qədim xalqlar arasında slavyanlar da var. Slavyanların inanclarına görə, ilin müəyyən günlərində gözəgörünməz qüvvələrlə kontakta girən kəslər nəinki gələcək talelərini öncədən görə bilər, eyni zamanda, uzun ömür yaşayardılar. İstənilən dövr üçün xarakterik olan öncəgörmənin əsas məqsədi isə gənc qızların nə vaxt və kiminlə ailə quracaqlarını öyrənmək istəkləri olub. Uzun, zülmət, sazaqlı gecələrdə slavyan qadınları da gözəgörünməz, bəzən də şər qüvvələrin köməyi ilə öz qismətlərini çağırıblar.

Святочные гуляния. Автор: Константин Коровин

Kilsələr bu ayinləri günah adlandırıb, qadağa qoymağa çalışsalar da, qarşısını almaq mümkün olmurdu. Bu gizli rituallar falçıların gümanına görə, müqəddəs və uğurlu gecələrdə gerçəkləşirdi. Gənc xanımlarımızın bu marağı çağdaş dövrümüzdə də var. Qızlar istər kart üsulu, istər qəhvə falı, istərsə də, müqəddəs kitabların və ya gözəgörünməz qüvvələrin köməyilə gələcək qismətlərini görməyə can atırlar. Lakin mənbələrə baxsaq, qədim rus torpaqlarında bu ayin daha vahiməli şəkildə həyata keçirilirdi. Hər gənc qız buna cəsarət edə bilmirdi. Dekabrın son həftəsindən yanvarın 19-dək olan günləri rus falçılar “işıqlı günlər” adlandırırdılar. Çünki həmin günlər Günəşin mövludu sayılırdı.

Bu günlər nəinki torpağın məhsuldarlığının, eləcə də insan talelərinin məhsuldar dövrü sayılırdı. Həmin dövrdə bəxtini açdıran qadınlar mütləq il ərzində ailə qururdular. Bu günlər iki mərhələyə bölünürdü.Yanvarın 7-13 müqəddəs gecələr, 14-19-u isə qorxulu gecələr adlandırılırdı. Müqəddəs gecələrdə gerçəkləşən ayinlərdə nəticə görməyən xanımlar, qorxulu zülmətləri gözləyirdilər.

Ю.Сергеев. У гадалки. Святки.

Qorxulu gecələrdə inanclara əsasən cinlər və ruhlar da bu prosesə qoşulurdular. Həmin gecə gözəgörünməz qüvvələr falçıları özlərilə birgə o dünyaya da apara bilərdilər. Odur ki, ayinlər ölümlə də nəticələnirdi.
Bu rituallar adətən yol ayrıclarında, hamamlarda və digər məkanlarda baş tuturdu. Ancaq cəsarətli, qorxmaz xanımlar iştirak edirdilər. Özlərilə birgə mütləq qayçı, bıçaq və digər kəsici alətlər götürürdülər. Bu bədbin ruhlardan qorunmaq üçün əlverişli vasitə sayılırdı.

Ayinin lideri yaşlı və təcrübəli falçı qadınlar olurdu. Mərasim həmin qadının bu sözlərilə başayardı: “Mələklər, yerə enin. Şeytanlar yerə enin. Kiçik və böyük cinlər, siz də yerə enin. Deyin görək, bu il bizi nə gözləyir?” – və sıra ilə gənc xanımların adlarını çəkərdi. Təcrübəli liderlər həmçinin qızların bədəninə cin girərsə, onu qovmağa xidmət edirdilər.

 Святочные гуляния. Автор: Трутовский.

Bir də həmin dövrdə “dinləmə” falı geniş vüsət almışdı. Bayram ərəfəsində rus kəndlərində qızlar gecələr küçə boyu gəzər, səslərə qulaq verərdilər. Zınqırov, qəhqəhə eşitsəydilər, il ərzində bəxtləri açıla bilərdi. Bir də itin hürməyinə önəm verərdilər. Səsin yayıldığı səmt, gələcək qismətinin də o kənddən olacağına işarə idi. Ən pis əlamət isə çəkic və balta səsini eşitmək idi. Bu nəinki qismətin qaçdığına, hətta ömür yolunun yarıda kəsiləcəyinə işarə idi. Buna bənzər ayin artıq uzun əsrlərdir ki, Novruzun son çərşənbəsində də keçirilir. Gənc qızlar qulaq falına çıxır, eşitdikləri sözləri yozub, ilin uğurlu keçib, keçməyəcəyinə qərar verirlər.

Hər şeydən ümidi üzülən qızlar bu gecələrdə hamama üz tutub, zülmətdə tək çimirdilər. Bu müddətdə onlara bir qüvvə toxunardısa, il ərzində qismətlərini tapmağa hələ də ümid var demək idi. Toxunuş zərif və incə olardısa, gənc qızın gələcək əri kasıb, kobud olan təqdirdə isə varlı oğlana ərə gecəyinə işarə idi.

Ю.Сергеев. Ночное гадание. Святки.

Bəzən qızlar gecə vaxtı əllərində xoruz güzgü falına da baxardılar. Bir müddət aynaya baxandan sonra, gözlərinə cin görünüb, gələcək taleləri haqda məlumat verərdi. Güzgüdəki əkslərindən qorxanda isə qızlar xoruzu sıxıb, qışqırdırdılar ki, cini qovsun. Bu kimi vahiməli ayinlərdən sonra huşunu itirib, yıxılan, hətta qorxudan dili tutulan gənc qızlar olurdu. Bütün bu qurbanların isə sadəcə bir məqsədi vardı – ərə getmək!

Əvvəlki yazı

Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq

Sonrakı yazı

Xalqxeber.Az 6 yaşını qeyd edir

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.