06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Yurd sevgisi ilə doğulub, torpaq eşqi ilə böyüyənlərin yalnız bir amalı olur – Vətən

16 Aprel 2021, 18:18
Cəmiyyət
A A
Yurd sevgisi ilə doğulub, torpaq eşqi ilə böyüyənlərin yalnız bir amalı olur – Vətən

Yaşadığımız hər gün keçmiş olaraq tarixə dönür, yaddaşlara hopur.
Bu tarixə çevrilmiş günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhramanlardandır Şəhidlər. Bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Amma onlar əbədilik tarix olub , Vətənlə qoşalaşanlardır.
Vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir Şəhidlik.
Tarix boyu qalibiyyətə inanan millətləri zəfərdən- zəfərə aparan səbəb də Vətənə xidmət etmək arzusu olmuşdur.
Belə arzuyla yaşayanlardan biri də haqqında danışacağım qəhrəman Vahid Əliyevdir.
Vahid Əliyev 1970- ci ilin 16 aprelində Cəbrayıl şəhərində anadan olub. Orta təhsilini Cəmil Əhmədov adına orta məktəbdə alıb. Əsgəri xidmətini1988- ci ildə Sovet Ordusunun tərkibində Arxangelsk şəhərində keçirib.
Hərbi xidməti başa vurub , doğma torpağına – Cəbrayıla qayıdan Vahid mənfur qonşuların torpaqlarımıza göz dikməsini gördükdə ,1992 – ci ilin fevral ayında könüllü olaraq , yeni yaranmaqda olan Milli Ordu sıralarına qoşularaq , doğma Cəbrayılın müdafiəsinə qalxır . Döyüşlərdə qəhrəmanlıqla iştirak edir.
1993 -cü ildə Cəbrayıl rayonu Sirik və Göy -gədik kəndlərinin azad olunması uğrunda keçirilən “Ziyarət əməliyatında” xüsusi ilə fərqlənir və elə həmin döyüşdə də Şəhidliyə yüksəlir.
Vahid canından artıq sevdiyi torpağına bütün cismi ilə hopur.
Ailəsinə isə onun döyüşdə yaralanaraq əsir düşdüyü deyilir.
Vahidin atasının və yaxınlarının onun öldü və ya qaldısını bilmək üçün döymədiyi qapı , soruşmadığı adam qalmır.
Hətta, əsirlərin dəyişdirilməsi üçün təyin olunmuş xüsusi adamlarla görüşlərdə onun dirisini və ya ölüsünü qaytarmaq üçün nə qədər lazımsa pul da verəcəklərin vəd etsələr də , heç bir cavab ala bilmirlər….
Övlad ağrısı ilə yaşayan ailənin taleyinə sonradan məcburi köçkün olmaq acısı da əlavə olur…
Cəbrayıl əhalisinin uzun zaman ərzində erməni işğalçılarına qarşı rəşadətlə vuruşmasına , işğala qədər rayon ərazisinin tam mühafizə olunmasına və hətta, işğalda olan qonşu Xocavənd rayonunun bir sıra kəndlərinin Azərbaycan Ordusu tərəfindən azad edilməsinə baxmayaraq ,
18 avqust 1993-cü ildə ermənilər şəhəri mühasirəyə alır. Cəbrayıl fədailərinin və Zəngilan rayonundan köməyə gələn özünümüdafiə qüvvələrinin şiddətli müqavimətinə baxmayaraq , Cəbrayıl işğal olunur.
Vahidin də taleyi yurdu kimi didərgin qalır.
Doğma ocağını tərk etmək məcburiyyətində qalan Mina xanım özüylə yalnız Vahidin portfelini götürür və onun rəsmlərini ömrünün sonuna qədər göz bəbəyi kimi qoruyur.
Ağrılı – acılı köçkünlük dövründə Vahid həsrətiylə yanan ana ürəyi hər əsgər görəndə Vahid soruşur, hər Şəhid deyiləndə Vahid axtarır ..
Və elə belini bükmüş , köksünü paralamış Vahid həsrəti ilə də dünyasını dəyişir.
Mina ana öz vəsiyyətinə uyğun olaraq Vahidin köynəyi sinəsində torpağa tapşırılır.
Sonralar onunla birlikdə həmin döyüşdə iştirak edənləri min bir əziyyətlə axtarıb tapan ailə Vahidin məhz yuxarıda adı çəkilən döyüşdə qəhrəmanlıqla Şəhid olduğunu öyrənir.
Cismi doğma Cəbrayılda, köynəyi isə anasının sinəsində torpağa tapşırılmış Vahidin doğum günü idi bu gün..
Vətən sevgisini canından əziz tutan bir igidin.
Canıyla və qanıyla doğma Cəbrayıla qarışmış və düz 27 il Vətən göylərinə əbədi çəkilərək , narahat ruhu ilə torpaqların işğaldan azad olunmasını gözləyən bir qəhrəmanın.
Yaşasaydı 51 yaşı tamam olacaqdı.
Şəhidliyin yaşı olmaz- deyirlər.
Onların hər yaşda yalnız bir adı var – Şəhid .

Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,
Şəhidlər azadlığın uca heykəl daşıdır.
Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır.
Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Mövludun mübarək, doğma Cəbrayılın göylərində özünə əbədi məskən quranım.

Əzəmətli Ordumuz qisasını aldı və qanınla və canınla hopduğun doğma Cəbrayılın işğaldan azad olundu.

Bu gün “Cəbrayıl işğaldan azad olunduğu üçün oğlumun da ruhu şaddır – deyən Balaca əminin başına Vahidin döyüş yoldaşları və qohumlar yığışmışdı .Onun qəhrəmanlığından danışır , rəşadətindən söz açırdılar .
Balaca əminin Vahid həsrətli gözlərində qurumuş nəmi xəfif sevinc hissləri əvəz edirdi.
Doğma torpağı azad idi.
Canının bir parçasının qarışdığı doğma torpağı…

Əvvəlki yazı

“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında – FOTO/VİDEO

Sonrakı yazı

Xaçmaz Rayon Polisləri topçu Vüsalla görüşüblər

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.